• $
  • €
  • ₽
  • ₺
  • £

Vəfat edən yüksək vəzifəli şəxsin dəfn mərasimi keçirildi - FOTO

Vəfat edən yüksək vəzifəli şəxsin dəfn mərasimi keçirildi - FOTO
01.02.2019 16:47
Bakı Nobel İrsi Fondunun sədri, BMT-nin qlobal enerji üzrə aparıcı eksperti, siyasi elmlər doktoru, professor Toğrul Adil oğlu Bağırov bu gün Bakıda II Fəxri xiyabanda dəfn olunub.

Anews.az Trend-ə istinadən xəbər verir ki, dəfndən əvvəl Təzə Pir məscidində mərhumla vida mərasimi keçirilib. Mərasimdə xarici işlər naziri Elmar Məmmədyarov, mədəniyyət naziri Əbülfəs Qarayev, "Azərbaycan Hava Yolları" QSC-nin sədri Cahangir Əsgərov, ictimai-siyasi xadimlər, elmi ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Vida mərasimində çıxış edən professorun həyat yoldaşı məclisə gələnlərə təşəkkürünü bildirərək qeyd edib ki, T.Bağırov hamı ilə halallaşaraq dünyadan köçüb.

Sonra T.Bağırov II Fəxri xiyabanda dəfn olunub.

Dəfn mərasimində Trend-ə danışan mərhumun oğlu Adil Bağırov bildirib ki, T.Bağırovun bu günədək gördüyü işlərin hər birində Azərbaycanın adı olub:

"O, nə edirdisə, hər birini doğma vətəninə, torpağına görə edirdi. Atam bu günədək çox böyük və önəmli işlər görüb. O, hər bir işində yalnız Azərbaycanın gələcəyini və inkişafını düşünərək, bayrağımızın daha da uca zirvələrdə dalğalanmasını arzu edirdi. Son 15 il ərzində onun ən böyük işlərindən biri isə Nobel irsi ilə bağlı idi. Atam, həmçinin əslən Qarabağdan idi və əlindən gələni edirdi ki, dünya Dağlıq Qarabağ münaqişəsi barədə əsl həqiqətləri öyrənsin. Çox təəssüf ki, atam torpağlarımızın azad olunmasını görə bilmədi, buna baxmayaraq o, həmişə ümid edirdi ki, torpaqlarımızın işğaldan azad olunacağı gün yaxındadır".

Mərasimdə iştirak edən Xalq artisti Fərhad Bədəlbəyli isə Trend-ə bildirib ki, T.Bağırov layiqli vətəndaşı idi, Azərbaycan üçün çox işlər görüb.

"Qarabağ dərdi onun daim narahat edirdi. Biz onunla həmişə bu mövzuda danışardıq, Toğrul öz yurduna qayıtmağı çox arzulayırdı. Toğrul Azərbaycanı tanıtmaq üçün xaricdən bura çox sayda ziyalı insanları, iş adamlarını gətirirdi. Onlara müvafiq məlumatlar verir, Azərbaycanın necə gözəl ölkə olduğunu göstərirdi. Ümid edirəm ki, Toğrulun gördüyü işlər davam etdiriləcək, çünki o, daim Vətəni üçün çalışıb".


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol