• $
  • €
  • ₽
  • ₺
  • £

Polkovnik: Elə bir uçan aparat yoxdur ki, ordumuz onun qarşısını ala bilməsin

Polkovnik: Elə bir uçan aparat yoxdur ki, ordumuz onun qarşısını ala bilməsin
01.02.2019 21:06
Ermənistanın Rusiyadan qırıcılar alması Azərbaycanın silah prioritetinə təsir göstərə bilməz.
Bu fikirləri Oxu.Az-a açıqlamasında Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Şair Ramaldanov Rusiyanın Ermənistana dörd ədəd "Su-30SM” qırıcısı satması ilə bağlı məlumatları şərh edərkən deyib. 
Polkovnik bildirib ki, bu gün elə bir uçan aparat yoxdur ki, Azərbaycanın müdafiə sistemi onun qarşısını ala bilməsin:

"Digər tərəfdən, bu günlərdə Azərbaycan prezidenti İlham Əliyev Belarusa getmişdi. Orada tərəflər arasında memorandum imzalanıb. Həmin memoranduma görə, Azərbaycan Belarusdan son nəslin tələblərinə cavab verən hava hücumundan müdafiə sistemləri alacaq. 
O biri tərəfdən, Azərbaycanın hava hücumundan müdafiə sistemində olan bütün radarlar müasirləri ilə əvəz edilib. Bu proses bizdə gedir və prosesin getməsinin əsas məqsədi Azərbaycanı hava məkanından gələ biləcək hər hansı zərbədən müdafiə etməkdir.
Ona görə də o təyyarələrin hətta Ermənistanda olması heç bir prioriteti dəyişə bilməz. Başqa bir tərəfdən, bilirsiniz ki, bizim Pakistan kimi dövlətlərlə də müəyyən sazişlərimiz var”, - Ş.Ramaldanov qeyd edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol