• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda “Tosu” ləqəbli kriminal avtoritet saxlanıldı - FOTO

Azərbaycanda “Tosu” ləqəbli kriminal avtoritet saxlanıldı - FOTO
02.02.2019 09:30
Şirvan şəhərində "Tosu" ləqəbli narkotacirdən külli miqdarda narkotik vasitə götürülüb.

Anews.az "Report"a istinadən bildirir ki, Şirvan şəhər Polis şöbəsinin (PŞ) Post Patrul Xidmətinin əməkdaşları tərəfindən 1986-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş, kriminal aləmdə "Tosu" ləqəbi ilə tanınan Qaçayev Toğrul Rafət oğlu şübhəli şəxs qismində saxlanılıb.

Onun üzərinə baxış zamanı satış üçün nəzərdə tutulan ayrı-ayrı bükümlərdə narkotik vasitə olan heroin, tiryək və psixotrop maddə olan metamfetamin aşkar edilib. Ümumilikdə adı çəkilən şəxsin üzərindən və kirayədə yaşadığı evdən satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və məlum olmayan vaxtlarda əldə edilən narkotik vasitələr olan 36,069 qram heroin, 4,811 qram tiryək və 5,172 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Həmçinin T.Qaçayevdən narkotik vasitələrin növbəti partiyasını əldə etmək üçün nəzərdə tutulan 4000 ABŞ dolları və 4900 manat aşkar edilrərk müsadirə edilib.

Onun barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılıb və barəsində Şirvan şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Cəmiyyət 17:56
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Cəmiyyət 17:09
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Cəmiyyət 16:33
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Cəmiyyət 16:25
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Azərbaycan tomat ixracından gəlirini artırıb
Cəmiyyət 15:14
Azərbaycan tomat ixracından gəlirini artırıb
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol