• $
  • €
  • ₽
  • ₺
  • £

Evi əlindən alınan azərbaycanlı deputata daha bir zərbə: Oğlunun adı cinayət işində hallanır

Evi əlindən alınan azərbaycanlı deputata daha bir zərbə: Oğlunun adı cinayət işində hallanır
02.02.2019 13:31
Bakı Apelyasiya Məhkəməsində Türkiyənin Azərbaycanda fəaliyyət göstərən "ÖZ-AK" Tarım Gida və Turizm Sənayi və Ticarət Anonim Şirkətinin Samir Kazımlıya qarşı apellyasiya şikayəti ilə bağlı qərar açıqlanıb.

Hakim Raqib Qurbanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şirkətin apelyasiya şikayəti təmin edilməyib.

Eyni zamanda Samir Kazımlının da apelyasiya şikayəti təmin olunmayıb. Birinci instansiya məhkəməsinin çıxardığı qətnamələr dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki,"ÖZ-AK" Tarım Gida və Turizm Sənayi və Ticarət Anonim Şirkəti S.Kazımılını məhkəməyə verib. Yasamal Rayon Məhkəməsinə müraciət edən şirkət vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edib. S.Kazımlı da məhkəmədə zərərin əvəzinin ödənilməsi barədə tələb irəli sürüb.
Məhkəmə qətnamə çıxararaq, ilkin iddianı (şirkətin) qismən təmin edib, qarşılıqlı iddianı (S.Kazımlının) isə rədd edib.

Daha sonra iddiaçı və cavabdeh tərəf ayrı-ayrılıqda apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Xatırladaq ki, S.Kazımlı Milli Məclisinin deputatı, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlının oğludur. Millət vəkilinin digər oğlu Fəxri Kazımov isə "Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu"nun İdarə Heyətinin sədridir.

Məlumata görə, 2016-cı il noyabrın 2-də deputata məxsus ev ilkin satış qiyməti 700 min manat olmaqla "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC tərəfindən hərraca çıxarılıb.
Mənbə: Report

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Cəmiyyət 17:56
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Cəmiyyət 17:09
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Cəmiyyət 16:33
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Cəmiyyət 16:25
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Azərbaycan tomat ixracından gəlirini artırıb
Cəmiyyət 15:14
Azərbaycan tomat ixracından gəlirini artırıb
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol