• $
  • €
  • ₽
  • ₺
  • £

Mənim evimdən Səyavuş Novruzova nə?!.. - Jurnalistdən sərt yazı

Mənim evimdən Səyavuş Novruzova nə?!.. - Jurnalistdən sərt yazı
04.02.2019 09:02
Dünəndən tüstüm təpəmdən çıxır. "Jurnalistlərə ev verilib, Orduxana cavab versinlər", deyir YAP yetkilisi, deputat Səyavuş Novruzov. Bunu tək o demir. Bizə bu evə görə çoxu çox söz dedi. Bir onu anlaya bilmirəm ki, mənim evindən Səyavuş Novruzova nə?!..

Adama ömründə bir dəfə sual da verməmişəm ki, dövlətin və Prezidentin sənə qazandırdıqlarının qarşısında hansı işi görmüsünüz müəllim?

Qaldı bu fikirləri səsləndirən digər deputat və məmur "ordusuna". Hə qardaşlar, yaxın oturun sizə sözüm var:

- Sizin dövlətdən oğurladığınız, yediyiniz, qazandığınız, ört-basdır edilən cinayətləriniz, övladlarınızın məlum əməlləri, fırıldaqlarınız, ədalətsizlikləriniz, insanlara divan tutmaqlığınız olmasaydı, indi bu durum yaranmazdı. Heç orduxanlar da olmazdı. Əvvəlcə dövlətə və Prezidentə olan borcunuzu bir zəhmət sizlər ödəyin. Onsuz da bircə ovuc qalan media adamları dövlətinin də, onun siyasi siması olan indiki Prezidentin də, proseslərin də bacardıqıları qədər təəssübündədir. Öz dərdinizi çəkin, balanslı canınıza nəhayət ki, bir azca əziyyət verin. Qazandıqlarınızın qarşılığında nəsə edin, mərd olun. Ölkənin gerçək media adamları, satılmayan, oğru olmayan, cibgirlik bacarmayan, dövlət, vətən, vətəndaş sevgisi olan jurnalistlər onsuz da ağılları kəsəndən cibləri boş, dövlət deyə-dəyə qocalıblar..

Söyməyə gəlincə, ümumiyyətlə, bu normal insan işi deyil? Yox əgər soymək istəyirsə, qoy Səyavuş Novruzov özü söysün. Nə də olsa mənim etdiklərim sevgidən və sayğıdan olub. Maddi olaraq hər hansı qarşılıq görməmişəm və istəməmişəm. Amma elə Səyavuş Novruzov daxil, yüzlərlə "dövlət adamı” var ki, addımına görə də ödəniş alıb dövlətdən. O üzdən əslində "söy ki, söyənsən" layihəsinə start vermək gərəkdirsə, bunu birinci parlamentdə Novruzov tipli deputatlar edə gərək. Hadi bismillah, görək sizləri də, bircə dəfə ağzınız açıb elə danışasınız ki, sizi Orduxan yox, ictimai rəy söyməsin, alqışlasın.

Bu dövlətin bir problemi də elə sizlərsiniz, vəziyyət yaranada ağzınızın açılmasındansa, açlmaması məsləhət olan adamlar...

Jalə Mütəllimova


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol