• $
  • €
  • ₽
  • ₺
  • £

“Məgər Oqtay Şirəliyev bilmir ki, səhiyyə yerin dibinə batır?” - Komada olan baş redaktorun həyat yoldaşı

“Məgər Oqtay Şirəliyev bilmir ki, səhiyyə yerin dibinə batır?” - Komada olan baş redaktorun həyat yoldaşı
04.02.2019 12:06
"Oxu Məni” qəzetinin baş redaktoru Natiq Qocaman iki gündür komadadır.

Bu haqda onun həyat toldaşı xəbər paylaşıb. O, xəstəxanadakı bərbad durum haqda da şikayətini bildirib:

"Natiq insult diaqnozu ilə təcili yardımla "Semaşko" adına xəstəxanaya gətirildi. Esmira adlı "40 ilin həkimiyəm" deyən qadın bir başqası ilə növbədə idi. Çox dözülməz şəraitdə olan resanimasiyada xəstələrə spirtlə deyil, gözümüzün önündə yaş salfetlə iynə vuruldu. Yoldaşımın vəziyyətinin daha da pişləşdiyini görüb, olan qalan ümidlərimizi də puç etdilər. "Nazirliyə yox, hara şikayət edirsən et!" deyən Esmira haqqında elə nazirliyə şikayət etdim.

Səhiyyə naziri Oqtay Şirəliyev kimi "işləyən" mətbuat katibinin nömrəsindən zəng vurdum. O qədər harınlaşıblar ki... Əgər mətbuata cavab verməyəcəksənsə, o yeri işinə məsuliyyətlə yanaşana ver. Get verilişini çək...

Bundan sobra Səfayə xanımla danışdım. Yalnız bundan sonra etinasız yanaşdıqları xəstəmizə "diqqət" göstərildi. O da necə...

Reanimasiya şöbəsinə adətən ağır xəstələr gətirilir. Ağır xəstəyə iynə yaş salfetlə, "jqut" əvəzi sidik katetorundan istifadə edilir və gedin hər şeyə hazır olun deyilir. Bunlar nə qədər insafsızdırlar! Məgər nazir Oqtay Şirəliyev guya bilmir ki, ölkədəki səhiyyə yerin dibinə batır? Batır yox, məhz o batırır?! Rüşvətxor, savadsız, etikasız səhiyyə işçiləri, cəhənnəm olun artıq!!!

Məsuliyyətsiz nazirin məsuliyyətsiz işçilərinin ucbatından neçə neçə ailələr gözüyaşlı qalır! Nə qədər olar?! Hara kimi?

Ölkə rəhbərimiz cənab İlham Əliyev hər idarə üçün maddi yardım ayırır. Daima millətin, camaatın qayğısına qalır. Daha demir ki, içib yatın, məşuqələrinizlə tura çıxın və ya kötükcənizə kimi sərmayə qoyun! Bəsdirin də! Mən gecə baş verən hər şeyi lentə aldırmışam! Özümə gəlim ölkə rəhbərliyinə şəxsən şikayət edəcəyəm!”.

Onu da deyim ki, "Semaşko"nun donuz tövləsini xatırladan reanimasiyasında xəstəmizi saxlaya bilməzdik. Dərhal Mərkəzi Klinik Xəstəxanaya yerləşdirdik. Hazırda komadadır”. \Cebhe.info

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol