• $
  • €
  • ₽
  • ₺
  • £

Övladlarını atan ana: Gecə evdən çıxıb qaçdım

Övladlarını atan ana: Gecə evdən çıxıb qaçdım
29.05.2020 01:24
Bərdə rayonunda küçədən tapılan iki azyaşlı uşağın valideynləri barədə araşdırma aparılır.

Bunu Oxu.Az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

Onun sözlərinə görə, məsələ ilə bağlı Bərdə Rayon İcra Hakimiyyətinin nəzdində komissiya yaradılıb:

"Hazırda bu istiqamətdə Bərdənin yerli Qəyyumluq və Himayəçilik komissiyası tərəfindən monitorinq aparılır. Valideynlərin dəqiqləşdirilməsinə çalışılır. Hər bir halda valideynlərin uşaqlara qarşı mövqeyi doğru deyil. Azyaşlıların mövqeyi müdafiə edilməlidir. Amma Komitə hadisəyə fikir bildirmək üçün komissiyanın verəcəyi yekun qərarı gözləyir. Araşdırmanın nəticəsinə əsasən, həmin valideynlər valideynlik hüququndan tamamilə məhrum edilə bilərlər”.

Uşaqların anası - Qazax rayonunun Kəmərli kənd sakini Yeganə Nemət qızı Osmanova Report-a açıqlamasında bildirib ki, körpələri maddi çətinlik səbəbindən atıb:

"Bir müddət kafedə və çay evlərində işlədim. Kirayə ev tapmışdım, günə iki manat pul verirdim. Sonra işdən çıxdım və kirayə pulunu verə bilmədim. Bildim ki, ev yiyəsi bizi çıxaracaq, ona görə özüm gecə evdən çıxaraq qaçdım, uşaqları isə evdə saxladım. Sonra ev yiyəsi mənim gəlmədiyimi görüb uşaqlarımı bizi o evə aparan iş yoldaşıma verib”.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, dünən axşam saatlarında Bərdə rayonunda yolun kənarından bacı-qardaş olan iki azyaşlı tapılıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol