• $
  • €
  • ₽
  • ₺
  • £

İlahiyyatçının qardaşına hökm oxundu - o, sərxoş halda iki nəfərin ölümünə səbəb olub

İlahiyyatçının qardaşına hökm oxundu - o, sərxoş halda iki nəfərin ölümünə səbəb olub
04.02.2019 15:30
İçkili vəziyyətdə qəza törədərək iki nəfərin ölümünə səbəb olan şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümünə səbəb olan Həsənov Şamil Bəhram oğlunun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Ş.Həsənov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qəza hadisəsi Sumqayıt şəhərində martın 12-də gecə saat 02.00 radələrində baş verib. Həsənov Şamil Bəhram oğlunun sərxoş halda idarə etdiyi "Hyunday Azera" markalı 99 DV 039 dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Koroğlu küçəsində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozması nəticəsində Həsənov Eldar Cəmşid oğlunun idarə etdiyi 50 BE 671 dövlət qeydiyyat nişanlı "Oka" markalı avtomobillə toqquşması nəticəsində E.Həsənovun və sərnişin Quliyev Vüsal Vidadi oğlunun hadisə yerində vəfat etmələri faktına görə Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.4-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Ş.Həsənov iş üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. Şamil Həsənov Bakı Dövlət Universitetinin İlahiyyat fakultəsinin məzumudur. O, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənovun qardaşıdır.

Onu da qeyd edək ki, avtomobil həvəskarı olan Şamil Həsənov bir neçə il əvvəl mətbuatın gündəminə çıxmışdı. O, icra başçılarından birinin yaxın qohumu kimi təqdim edilirdi. Əslən Qubadlıdan olan Ş.Həsənov sosial şəbəkələrdə daha çox 039 (Qubadlı avtomobil seriyası) seriyalı avtomobilləri nümayiş etdirirdi. Daha sonra o, feysbuk səhifəsini bağlayıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol