• $
  • €
  • ₽
  • ₺
  • £

Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq
04.02.2019 17:38

Fevralın 7-8-də güclü geomaqnit həyəcanlaşması olacaq.

Bu barədə Anews.az-a AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Məlumatda bildirilib ki, hazırda Günəşin görünən diskində heç bir Günəş ləkəsi müşahidə olunmur və gündüz ulduzumuz olan Günəş generasiya etməyə qadir deyil:

 

"Günəşin səthində orta ölçüyə malik növbəti tac dəliyi formalaşıb. Tac dəliyindən yüksək sürətli Günəş küləyi (yüklü zərrəciklərdən ibarət plazma) öz başlanğıcını götürərək planetlərarası fəzaya, o cümlədən, Yerə doğru yönəlmiş olur. Tac dəliyindən "əsən” Günəş plazma küləyinin təsirlərinin 7-8 fevral tarixlərində Yerə çatması gözlənilir.

Həmin plazma küləyi Yer maqnetosferində həyəcanlaşma yaradacaq və nəticədə, hətta zəif səviyyəli geomaqnit qasırğasının baş verəcəyi də gözlənilir. Sonuncu güclü həyəcanlaşma və qısamüddətli qasırğa fevral ayının əvvəlində baş verib”.

"Planetlərarası maqnit sahəsinin Z komponentinin istiqaməti cənubu göstərərsə, 7-8 fevral tarixlərində müşahidə olunacaq geomaqnit həyəcanlaşması daha da güclü olacaq. Bu gün üçün geomaqnit həyəcanlaşmasını xarakterizə edən əsas Kp indeksinin qiyməti 1-3 arasında dəyişir.

Ehtimal olunur ki, 7-9 fevral tarixlərində bu qiymət qalxacaq. Hazırda atmosfer təzyiqi normadan yüksəkdir”, - deyə Şamaxı Astrofizika Rəsədxanasından qeyd edilib.

 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol