• $
  • €
  • ₽
  • ₺
  • £

"Azercell" növbəti dəfə “Socially devoted” sertifikatına layiq görülüb

"Azercell"  növbəti dəfə “Socially devoted” sertifikatına layiq görülüb
06.02.2019 12:32
Telekommunikasiya bazarında  liderliyini qoruyan Azercell, müştəri xidmətləri sahəsində də innovativ ideya və həll yolları ilə hər zaman seçilir. 2018-ci ilin IV rübündə Azercell-in sosial şəbəkədə göstərdiyi aktivliyi "Socialbakers” şirkəti tərəfindən dəyərləndirilib və  Azercell "Socially devoted” sertifikatına layiq görülüb. Beləliklə, "Socialbakers” şirkətinin apardığı araşdırmaya əsasən, Azercell rəsmi Facebook səhifəsində istifadəçilərin ünvanlandırdığı sualları operativ şəkildə cavablandıraraq, 99% nəticə əldə edib. Nəzərinizə çatdıraq ki,  2012-ci ildə "Facebook" səhifəsində nümayiş etdirdiyi fəaliyyətə görə, Azercell ölkədə "Socially devoted" adına layiq görülmüş ilk mobil operator olub. 

Qeyd edək ki, "Azercell Telecom” MMC ölkəmizdə sosial şəbəkələrdə rəsmi səhifə və onlayn rejimdə çalışan müştəri xidmətləri yaradan ilk mobil operatordur. Bu yeniliklərin tətbiqində şirkətin məqsədi abunəçilərlə daha sıx əlaqənin qurulması, onlara tətbiq etdiyi yeniliklər, tarif və kampaniyalar, keçirilən sosial layihələr və xidmətlər haqqında ən son xəbərlərin operativ çatdırılmasıdır. Hazırda Azercell abunəçiləri Facebook, Twitter, Disput.Az, Google+, YouTube və Instagram sosial şəbəkələrinin imkanları vasitəsilə yüksək keyfiyyətli xidmətdən yararlana bilir. Sosial şəbəkələrdə abunəçilər şirkətlə əlaqə qurub, ən qısa zamanda ehtiyacı olan məlumatları əldə edib və müraciətlərinin həllini tapma imkanına malikdirlər.  

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.
 
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol