• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana dəhşətli soyuqlar gəlir? – Nazirlik

Azərbaycana dəhşətli soyuqlar gəlir? – Nazirlik
29.05.2020 11:25
Paytaxtda və bölgələrdə hava temperaturu ilə bağlı ciddi dəyişiklik gözlənilmir. Lakin bəzi bölgələrdə yağıntılı hava şəraiti müşahidə olunacaq.

Anews.az bildirir ki, bu sözləri Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Rusiyanın Xabarovsk əyalətindəki mənfi 50 dərəcə ilə ölçülən rekord soyuqlara səbəb olan siklonun ölkəmizə daxil olma ehtimalına münasibət bildirərkən deyib. O bildirib ki, bu gün müşahidə olunan küləkli hava şəraiti sabah da davam edəcək:

"Sabah paytaxtda şimal-qərb küləyi güclənəcək. Sonrakı günlərdə isə hava şəraitində ciddi dəyişiklik olmayacaq. Mülayim cənub şərq-küləyi müşahidə olunacaq. Havanın temperaturu fevralın 9-u və 10-da 7-9 dərəcə arasında dəyişəcək. Bölgələrdə isə 8-i axşamdan birinci ongünlüyün sonunadək havanın qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv xarakter olacağı ehtimal olunur”.

Qeyd edək ki, Rusiyanın Xabarovsk əyalətinin Verxnebureinsk rayonunda bu gecə 50 dərəcə, Komsomolsk-Amurda isə 43 dərəcə şaxta qeydə alınıb. Xabarovsk hidrometeoroloji bürosu temperaturun iqlim normasından 10 dərəcəyə qədər aşağı olduğunu və bunun sözügedən əyalət üçün xarakterik olmadığını bildirib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol