• $
  • €
  • ₽
  • ₺
  • £

DİM “Vizuallaşdırılmış dərs” layihəsinə start verdi

DİM “Vizuallaşdırılmış dərs” layihəsinə start verdi
08.02.2019 19:00
Məlum olduğu kimi, 2019-cu ilin əvvəllərindən Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən "Vizuallaşdırılmış dərs” sosial layihəsinə start verilib.

DİM-dən Anews.az-a verilən məlumata görə, gözlənildiyi kimi, layihə maraqla qarşılanıb və istifadəçilər belə videodərslərin hazırlanmasını təqdirəlayiq hal kimi qiymətləndiriblər.


Bildirilib ki, bu layihə çərçivəsində qəbul imtahanı fənləri üzrə V sinifdən başlayaraq dərsliklərdə verilmiş materiallar mövzu-mövzu bir neçə dəqiqəlik "vizuallaşdırılmış dərs” formasında hazırlanır. Burada əsas anlayışlar, mövzu ilə bağlı izahlar, dərsin əsas məzmunu əks olunur. Məzmunu qısa, lakin dolğun ifadə etmək, materialın şərh və izahlarındakı yığcamlıq şagirdlərə az vaxtda səmərəli nəticələr əldə etməyə imkan verir.

Hazırlanmış materiallardan istifadə ödənişsizdir və mərhələ-mərhələ DİM-in "Youtube” kanalına yerləşdirilir. Artıq ingilis dili fənni üzrə V, VI, VII sinfə aid materiallar əsasında "videodərs”lər kanalımıza yerləşdirilib. Hazırda isə VI sinif fizika fənni üzrə "vizaullaşdırılmış dərs”lərin bir hissəsi kanala yerləşdirilib. Yaxın vaxtlarda digər dərslər də portala yüklənəcəkdir.

Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi "videodərs”lər öz üzərində işləmək istəyənlər üçün yardımçı materialdır.

Dərsliklərdə olan mövzuların şagirdlərə vizual şəkildə təqdim olunmasının bir sıra üstünlükləri vardır. Vizual təqdimatlar məlumatın şagirdlər tərəfindən daha da yaxşı qavranılması və yadda saxlanılmasının effektivliyini artırır.
 

Digər fənlər üzrə də materialların hazırlığı üzərində iş gedir.


"Video-dərs”lərdən ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər, qəbul imtahanlarına hazırlaşan abituriyentlər, müəllimlər metodiki material kimi istifadə edə bilərlər.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol