• $
  • €
  • ₽
  • ₺
  • £

Virusdan öldüyü deyilən tələbə qızın bacısı danışdı (VİDEO)

Virusdan öldüyü deyilən tələbə qızın bacısı danışdı (VİDEO)
08.02.2019 20:27
"Bakı Medical Plaza”nın həkimləri bacıma leptospiroz virusu diaqnozu qoydular. Ancaq ölüm  kağızında ağciyər və ürək çatışmazlığından dünyasını dəyişdiyi yazıldı. Əvvəllər bacımın heç bir şikayəti olmayıb. Ölümündən 3-4 gün qabaq qrip oldu. Yanvarın 25-də vəziyyəti pisləşdiyi üçün onu əvvəlcə Respublika Klinik Xəstəxanasına, sonra isə "Bakı Medical Plaza”ya yerləşdirdik.


Bu sözləri oxu.az-a açıqlamasında naməlum səbəbdən dünyasını dəyişdiyi bildirilən tələbə Nərdanə Tağızadənin bacısı deyib.


Qeyd edək ki, Səhiyyə Nazirliyinin məlumatına əsasən, Nərdanə Şirvan qızı Tağızadənin leptospiroz infeksiyasından dünyasını dəyişməsi aparılan laborator müayinələr nəticəsində öz təsdiqini tapmayıb:


"Bu infeksiya haqqında məlumat daxil olan kimi, Səhiyyə Nazirliyi məsələni xüsusi diqqət altına alıb. Dərhal mərhumun evində bütün lazımi müayinələr aparılıb”.


Qeyd edək ki, leptospiroz çox nadir rast gələn bir xəstəlikdir. Bu infeksiya xəstə heyvanların ifrazatları ilə çirklənmiş ətraf mühit vasitəsilə yayılır. İnsandan insana keçmir.


Ölümün əsas səbəbi mərhumun dünyasını dəyişdiyi tibb müəssisəsinin rəyində açıqlanıb.


Xatırladaq ki, Bakı Dövlət Universitetinin birinci kurs tələbəsi Nərdanə Tağızadə yanvarın 29-da vəfat edib. O, Bakı Dövlət Universitetinin tarix fakültəsinin tələbəsi olub.
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol