• $
  • €
  • ₽
  • ₺
  • £

Qanuna edilmiş dəyişiklik qüvvəyə mindi - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ

Qanuna edilmiş dəyişiklik qüvvəyə mindi - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ
10.02.2019 14:26
Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişiklik qüvvəyə minib.

AZXEBER.COM xəbər verir ki, Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 85-ci maddəsində aşağıdakı dəyişiklikləri edib:
 
Adında və birinci hissəsində ismin müvafiq hallarında "Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı” sözləri ismin müvafiq hallarında "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.
10-cu bənd aşağıdakı redaksiyada verilsin:
"10) Bu qanunun 52-ci maddəsinin IV və ya VI hissələrində nəzərdə tutulmuş dayanma və ya durma qaydalarını pozmuş sürücü nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı, habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.5-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında qərar tərtib edir və nəqliyyat vasitəsinin ən yaxın mühafizə edilən duracağa aparılmasını təmin edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci, 346.2-ci, 346-1.2-ci, 346-1.3-cü və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.6-cı maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında qərar tərtib edir və onun surətini nəqliyyat vasitəsinin ön şüşəsinə qoyur.”.


Qeyd edək ki, daha əvvəl qanunun 85-ci maddəsinin 10-cu bəndi bu formada idi:


10) Bu Qanunun 52-ci maddəsinin IV və ya VI hissələrində nəzərdə tutulmuş dayanma və ya durma qaydalarını pozmuş sürücü nəqliyyat vasitəsinin yanında deyilsə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 429-5.5-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edir və nəqliyyat vasitəsini mühafizə edilən duracağa göndərir. Belə sürücü nəqliyyat vasitəsinin yanında olmadığı və nəqliyyat vasitəsinin mühafizə edilən duracağa aparılması mümkün olmadığı hallarda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 429-5.6-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edir və onun surətini nəqliyyat vasitəsinin ön şüşəsinə qoyur.


Beləliklə edilmiş dəyişikliklərdən sonra Bakı şəhərində qaydaları pozan avtomobillərin evakuasiyası üçün qanuni zəminin hazırlanması tamamlanıb. Artıq fevralın 9-da edilmiş dəyişikliklər qüvvəyə minib.
Qeyd edək ki, daha əvvəl verilmiş qərarla Bakı şəhərində qaydaları pozan nəqliyyat vasitələrinin evakuatorlarla evakuasiyası Bakı Nəqliyyat Agentliyinə həvalə edilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Cəmiyyət 17:56
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Cəmiyyət 17:09
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Cəmiyyət 16:33
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Cəmiyyət 16:25
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Azərbaycan tomat ixracından gəlirini artırıb
Cəmiyyət 15:14
Azərbaycan tomat ixracından gəlirini artırıb
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol