• $
  • €
  • ₽
  • ₺
  • £

Həbsxana həyatı ilə bağlı İNANILMAZ HƏQİQƏTLƏR: alçaldılmışlar, “çuşkalar” və...

Həbsxana həyatı ilə bağlı İNANILMAZ HƏQİQƏTLƏR: alçaldılmışlar, “çuşkalar” və...
10.02.2019 22:27
Cəzaçəkmə müəssisələri nəinki dövlətin qanunvericiliyinə, həmçinin təcridxanaların öz yazılmamış sərt qanunlarına əsasən idarə olunur. Aparıcı rolu isə cinayət aləminin sərt qaydaları oynayır. Bu qaydalara əsasən məhbus sərt sinifi bölgüyə məruz qalır. Cinayət aləmində siniflər kast adlanır. Əgər bir sıra kastlar dərin hörmətlə qarşılanırsa, bəziləri təhqir olunub, alçaldılmağa məhkumdurlar.
Publika.az-ın xəbərinə görə, psixoloqlar etiraf edirlər ki, sovet dövründə olan türmə anlayışı ilə müasir təcridxanalar arasında böyük fərq var. Bu illər ərzində müəssisələrdəki həyat tərzi də kifayət qədər dəyişib.
"Qaralar” və "qırmızılar”
Kastalar haqda danışmazdan öncə həbsxanalardakı "qırmızılar” və "qaralar” anlayışına aydınlıq gətirmək lazımdır. "Qırmızılar” məhbusları idarə edən həbsxana nəzarətçiləridir. Onlar kameralarda tam "səliqə-səhman” yaratmaq üçün ən sərt yollara əl atırlar. "Qaralar” isə təcridxana nəzarətçilərinin məhbuslarla birgə idarəçiliyi anlamına gəlir.
"Kozyollar”
Ən yüksək rütbə "blatnoylar” sayılır. Onlardan sonra isə "mujıklar” gəlir. Mujıklar peşəkar cinayətkarlardır. Öz cəzalarını çəkəndən sonra yenidən normal həyata qayıtmaq məcburiyyətindədirlər. "Mujık” adı verilən bu insanlar qanunlara hörmətlə yanaşır, hakimiyyətə iddia etmirlər. Onların ardınca isə "kozyollar” gəlir. "Kozyollar” açıq sürətdə türmə rəhbərliyi ilə iş birliyində olur. Çox vaxt komendant vəzifəsini tutur. "Qaralar” "kozyol”ları sevmir, onları öz əhatələrinə qəbul etmirlər. Onların arasında bu kateqoriyaya aid olmayan insana "kozyol” demək böyük təhqir sayılır.
"Zibillər”
Bu sinifə vaxtilə polis işçisi olub, sonradan cinayət törədən insanlar aid edilir. Onlarla danışmaq hətta toxunmaq belə qadağandır. Zibilləri öldürmək isə, daha böyük kateqoriyaya yüksəlmək deməkdir.
"Yunlar”
"Yun” adətən qaydalara riayət etməyən məhbuslara deyilir. Onlar adətən həbsxana rəhbərliyilə əməkdaşlıq edir, öz kamera yoldaşlarını döyür və zorlayrlar. Bu zümrənin adı Stalin düşərgələrindəki aktivistlərə verilən yun gödəkçələrdən qaynaqlanır.
"Alçaldılmışlar” və "petuxlar”
Bir qayda olaraq bu zümrəyə layiq görülən məhbuslar başqa kateqoriyaya keçmək hüquqları olmur. Onları adətən "alçaldılmışlar”, "petuxlar” və s. kimi adlandırırlar. Bu kateqoriyaya aid olunan məhbuslar heç bir haqqa sahib olmurlar. Bu insanlar çox vaxt seksual azlığa mənsub olan şəxslərdir. Onlar kameralardakı ən natəmiz işləri görürlər. Ayaqyolu təmizləyir, məhbusların paltarlarını yuyurlar. "Alçaldılmışlar” və "petuxlar”a cinsi münasibət xaricində toxunmaq və bir masa arxasında oturmaq qadağandır.
"Çuşkalar”
Bir sıra zonlarda bu kasta da alçaldılmışlara tay tutulur. Onlar yuyunmur, təmizliyə riayət etmirlər. "Çuşkalar”la bir masa arxasında oturmaq, onlarla ünsiyyətdə olmaq düzgün sayılmır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol