Azərbaycanda qəbiristanlıqda namus üstündə qətl

Siyəzən rayonunda qətl hadisəsi baş verib.
Hadisə rayonun Qarasiyəzən yaşayış massivində qeydə alınıb.
Belə ki, Siyəzən rayon sakinləri - Elşən Qədirli və Asim Abdulov arasında qəbiristanlıq ərazisində mübahisə yaranıb. Nəticədə A.Abdulovun odlu silahdan açdığı atəş nəticəsində E.Qədirli hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən şəxs Siyəzən rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.(Report)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























