• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət necədir?

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət necədir?
12.02.2019 19:30
"Azərbaycanda qızılca xəstəliyinə yoluxanların hamısı sağalıb”.

Anews.az xəbər verir ki, bunu "Report”a açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirib.

O deyib ki, ölkədə qızılcaya 55 yoluxma halı qeydə alınıb: "Bu xəstəliyə yuxarı yaş qrupuna aid insanlar yoluxub. Uşaqlar arasında qızılca müşahidə olunmur. Bunun da səbəbi odur ki, uşaqlar körpəlikdən hamısı peyvəndə cəlb olunub və onlar arasında bu xəstəliyə təkrar yoluxma müşahidə edilmir”.
C.İsayev qeyd edib ki, qızılcanın yayılmasının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi xaricdən 160 min doza peyvənd sifariş edib: "Peyvəndlər yaxın zamanlarda ölkəyə gətiriləcək və yəqin ki, fevral ayının axırı və ya mart ayında peyvəndləmə həyata keçiriləcək. Peyvəndlərin vurulması dövlət hesabına ödənişsiz olacaq”.

Qeyd edək ki, Gürcüstan paytaxtı Tbilisidə Ümumdünya Səhiyyə Təşkilatının hepatit mövzusuna həsr olunmuş regional konsultativ görüşü keçirilir. Azərbaycanı tədbirdə ölkənin baş infeksionisti C.İsayev təmsil edir. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol