Sifətinə bir yumruq vurub 500 manatını aldı

DİN Mətbuat Xidmətindən Anews.az-a verilən məlumata görə, Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə müraciət edən Xocəsən qəsəbə sakini N.İsmayılov fevralın 11-də saat 22 radələrində qəsəbə ərazisindəki kafelərin birində naməlum şəxsin onun sifətinə yumruqla vuraraq 500 manatını aldığını bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Təmirazov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
www.anews.az
























