• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Komitəsinin əməkdaşları şəhid pilotların ailələrinə baş çəkiblər - FOTO

Dövlət Komitəsinin əməkdaşları şəhid pilotların ailələrinə baş çəkiblər - FOTO
15.02.2019 09:44
Fevralın 14-ü Azərbaycanda Hərbi Hava Qüvvələri Günü kimi qeyd edilir. Hərbi təyyarəçilərimiz ölkəmizin ərazi bütövlüyünün qorunmasında şücaət və qəhrəmanlıq nümunələri göstəriblər. İşğalçı Ermənistanın növbəti hərbi fitnəkarlığının qarşısının alınması məqsədilə 2016-cı ilin aprel ayında ordumuzun həyata keçirdiyi əks-həmlə əməliyyatına havadan dəstək verən hərbi helikopter heyətinin üç üzvü – baş leytenant Əbu Bəkir İsmayılov, mayor Təbriz Musazadə və mayor Urfan Vəlizadə qəhrəmancasına həlak olublar. Şəhid pilotlarımızın xatirəsini xalqımız əziz tutur. Ermənistanın təcavüzü nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən vaxtilə didərgin düşmüş məcburi köçkünlər məhz onların və silahdaşlarının hünəri sayəsində doğma yurda qayıtmaq, burada dinc yaşamaq və işləmək imkanı qazanıblar. Hərbi Hava Qüvvələri Günündə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları şəhid pilotların ailələrinə baş çəkib, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərin şanlı qəhrəmanlarının xatirəsinə ehtiramlarını bildiriblər.

Komitənin mətbuat xidmətindən Anews.az-a verilən məlumata görə, hər üç pilotun ailələrinə məcburi köçkünlər adından minnətdarlıq bildirən əməkdaşlar onlara rəmzi xatirə hədiyyələri təqdim ediblər. Görüşlərdə belə bir fikir vurğulanıb ki, cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü, qətiyyətli siyasəti, Silahlı Qüvvələrimizin daim artan gücü və qüdrəti sayəsində Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad ediləcəyi, məcburi köçkünlərimizin öz doğma yurdlarına qayıdacağı gün uzaqda deyildir. Hərbi Hava Qüvvələrinin vətənpərvər şəxsi heyətini əlamətdar bayram münasibətilə təbrik edirik!
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol