• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda silahlı insident: yaralılar var

Bakıda silahlı insident: yaralılar var
09.10.2014 09:00
Bakının Xətai rayonunda qonşular arasında yaranan mübahisə qanlı sonluqla bitib.APA-nın məlumatına görə, hadisə rayonun Nazim Şükürov küçəsində qeydə alınıb. Rayon sakini Sənan Əkbərov  qonşusu Şaiq Quliyevlə 8 ay əvvəl aralarında olan mübahisəyə aydınlıq gətirmək üçün onların həyətinə gedib. Şaiqin maşında olduğunu görən Sənan Əkbərov avtomobilə arxadan “Vinçestr” tüfəngi ilə atəş açıb. Atışma səsinə gələn Sənanın qardaşı  Rauf Əkbərov, atası Şahəddin , həyat yoldaşı Təzəgül Əliyeva  və Şaiqin yaxınları arasında dava olub. Əkbərovlar ailəsinin hər üç üzvünə xəsarət yetirilib. Yaralılar yaxınları tərəfindən dərhal  1 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Hadisə yerinə 148-ci polis bölməsinin əməkdaşları gəliblər. Polislər maddi sübut kimi  hadisə yerindən güllə gilizləri və 1 ədəd xəncər götürüb. Daha sonra şahidlərdən bir neçəsi izahatları alınması üçün polis bölməsinə aparılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol