• $
  • €
  • ₽
  • ₺
  • £

"AZZA"dan alınmış tortun içərisindən sellofan torba çıxıb

"AZZA"dan alınmış tortun içərisindən sellofan torba çıxıb
29.05.2020 10:07
"AZZA” şirniyyat evindən alınmış tortun içərisindən sellofan torba çıxıb.

Bu barədə "Report”a müraciət edən Bakı şəhər sakini Bayram Qubaxanlı məlumat verib. O bildirib ki, AZZA şirniyyat evinin paytaxtın Nəsimi rayonunda yerləşən filialından tort alıb. Amma tortu kəsən zaman içərisindən bükülmüş sellofan torba aşkarlanıb. O, rastlaşdığı xoşagəlməz hadisə ilə bağlı şirniyyat evinə müraciət etsə də, əvvəlcə tortun qaytarılmasının mümkün olmadığını bildiriblər. Bir həftə sonra isə tortu geri alan şirniyyat evinin əməkdaşları hadisə ilə bağlı araşdırmalara başlanacağını qeyd ediblər: "Əvvəl tortu qaytarmaq isəmirdilər. Mənə dedilər ki, biz inanmırıq, bəlkə özünüz qoymusuz. Amma sonradan sübut olundu ki, sellofan torbanın alıcı tərəfindən tortun içərisinə qoyulması mümkünsüzdür. Mənə bildirdilər ki, araşdırmaların yekun nəticələri haqda məlumat veriləcək. Sonradan gah dedilər ki, sabah, gah dedilər ki, birisigün məlum olacaq. Bir həftədən sonra zəng etdilər ki, tortu götürə bilərəm. Mən də Nizami rayonunda yaşadığımdan orada yerləşən AZZA şirniyyat evindən tortu götürmək istədim. Mənə bildirdilər ki, hadisə ilə hansı filialda qarşılaşmışamsa, yalnız müraciət edə və tortu ancaq oradan götürə bilərəm. Nəhayət, bir həftəlik süründürməçilikdən sonra mən tortu qaytardığım filialdan götürə bildim”.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Report”un sorğusuna cavab olaraq bildirilirb ki, bununla bağlı araşdırmalara başlanılıb: "Araşdırmalar nəticəsində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək. Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək".

Agentlik vətəndaşlardan xahiş edir ki, belə hallarla qarşılaşdıqda Agentliyin 1003 qaynar xəttinə zəng edib məlumat versinlər: "Məlumatda məhsulun adı, istehsalçısı, istehsal tarixini qeyd etsinlər".

"Report” məsələ ilə əlaqədar "AZZA” şirniyyat evinə də müraciət edib. Şirkət belə bir hadisənin baş verdiyini təsdiqləsə də, məsələ ilə bağlı əlavə açıqlama vermək istəməyib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol