• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana qarşı növbəti erməni təxribat - FOTO

Azərbaycana qarşı növbəti erməni təxribat - FOTO
18.02.2019 18:35
25-28 fevral tarixlərində Moskvada "CPM – Collection Premiere Moscow” adlı irimiqyaslı sərgi keçiriləcək. Tədbirdə iştirak üçün təşkilatın saytında (pm-moscow.com) və ya birbaşa olaraq https://service.md-rus.ru/anketa.php saytında qeydiyyatdan keçmək lazımdır.
Media.Az-ın məlumatına görə, saytda bilet sifariş vermək istəyən zaman əlaqə məlumatları bölməsində (ölkələrin göstərildiyi bənddə) "Dağlıq Qarabağ Respublikası” adı peyda olur.
Halbuki tədbirin keçirildiyi ölkə, yəni Rusiya Federasiyası, dünyanın digər ölkələri kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyır.

Qeyd etmək lazımdır ki, bu sərgi Almaniyanın "Messe Düseldorf Moskva” MMC şirkəti  və "İgedo Company” şirkəti tərəfindən təşkil olunub.
CPM sərgisi Rusiyanın paytaxtı Moskvada ildə iki dəfə keçirilir.  Ekspo mərkəzdə keçirilən sərgidə "CPM Premium”, "CPM accessoires & shoes” və "CPM Body& Beach” seqmentlərində yaradılmış 1418-ə yaxın kolleksiya ilə tanış olmaq üçün 21 min nəfərdən çox (sahə ilə əlaqəsi olan) qonaq iştirak edir. Beynəlxalq tədbiri səkkiz televiziya və radio kanalı və təxminən 300 beynəlxalq jurnalist işıqlandırır.
Bu barədə Azərbaycan Respublikasının Rusiya və Almaniyadakı səfirlikləri məlumatlandırılıb. Həmçinin, Rusiyadakı diaspor təşkilatların nəzərinə çatdırılıb.
Azərbaycan XİN mətbuat xidməti məsələni araşdırıb, qısa zamanda məlumat verməyə söz verib.
Bu arada, Moskvanın Azərbaycan icmasının sədri Şamil Tağıyev Rusiya şirkətlərinin vaxtaşırı olaraq öz ölkələrinin qanunvericiliyini pozduğunu və Qarabağı ayrıca respublika kimi göstərdiyini diqqətə çatdırıb.
"Yuxarıda qeyd olunan hadisədən başqa, bir gün əvvəl daha iki analoji halla da qarşılaşmışıq. Mobil rabitə xidmətləri göstərən Rusiya telekommunikasiya şirkəti  "Meqafon”un saytında – zənglərin tarifləri bölməsində digər ölkələr bəndində "Dağlıq Qarabağ” göstərilib. Azərbaycan isə ayrı qeyd olunub.
Bundan başqa, "Vostok” dövlət muzeyinin Qafqaza həsr olunmuş zalında xəritə asılıb. Həmin xəritədə "Dağlıq Qarabağ” və onun "paytaxtı” Xankəndi ayrıca göstərilib. Biz hər şeyi muzey əməkdaşlarına izah etdik, bu barədə şikayət və təkliflər kitabında qeydlər apardıq. Bizimlə əlaqə saxlayacaqlarına və məsələni çərşənbə axşamına kimi müzakirə edəcəklərinə söz verdilər. Biz dövlət muzeyinə və "Meqafon” şirkətinə müvafiq məktub göndərəcəyik.
 Sərgiyə gəlincə, onun təşkilatçıları ilə əlaqə yaradıb, situasiyanı aydınlaşdırmağa çalışacağıq. Rusiya Federasiyası Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyır. Ancaq nədənsə Rusiya ərazisində fəaliyyət göstərən şirkətlər, qanunları pozmağı və bu ölkədə yaşayan və ölkə üçün çalışan azərbaycanlıların heysiyyətinə toxunmağı özlərinə rəva bilirlər”, - deyə Ş.Tağıyev bildirib.
 



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Cəmiyyət 17:56
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Cəmiyyət 17:09
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol