• $
  • €
  • ₽
  • ₺
  • £

Aprel savaşının qazisi məmurlara qarşı üsyan etdi - FOTO

Aprel savaşının qazisi məmurlara qarşı üsyan etdi - FOTO
18.02.2019 19:31
Son dövlər Prezident İlham Əliyev tərəfindən Qarabağ qazilərinə, şəhid ailələrinə ünvanlanmış sosial müdafiə xarakterli sərəncam və fərmanlar ölkə ictimaiyyəti tərəfindən xüsusi razılıqla qarşılanmaqdadır. Hər gün bu tip xəbərlərin yayılması bizləri sevindirir. Belə ki, "Aprel döyüşləri” adı ilə tarixə düşən və 2016-cı ilin aprel ayında baş vermiş savaşın iştirakçılarına, daha dəqiq desək qaliblərinə olan diqqət də bizləri təsirləndirməyə bilmir.
 
 

Lakin bir sıra hallarda dövlət başçısının bu cür çevik sosial müdafiə siyasəti ilə ayaqlaşa bilməyən yerli məmurlar "Aprel savaşı”nın qəhrəman iştirakçılarını diqqətdən kənarda qoyurlar. Belə qəhrəmanlardan biri də keçmiş xüsusi təyinatlı Fərid Qasımovdur. İki ildir ki, ordu sıralarından ehtiyata buraxıldığını Dialoq.info-ya bildirən aprel qazisi həyatında yaranmış çətinliklərdən, dolanışıq şəraitinin ağırlığından narazılıq edib: "Aprel qaziləri siyahısında 17-ci yerdəyəm. Bu işlərə baxan dövlət orqanları bunları görürmü-görmürmü bilmirəm? Amma həmin dövlət orqanları bunları həm görməlidir, həm də bilməlidir. Çünki yeni bir tarix yazılıbsa, o tarix həm də bizim qanımızla, canımızla yazılıb. Biz Vətənə, millətə haqqımızı halal edirik. Əgər yeni bir müharibə başlasa yenə də ön cərgədə duracaq, döyüşəcək, buraxdığımız yerdən davam edib tarixə yenidən adımızı yazacağıq”.
Daha sonra F.Qasımov onun hazırkı sosial şəraitinə biganə yanaşan məmurlara üzünü tutaraq soruşub: "Bəs bizim indiki həyatımız, durumumuz? Axı bizlər yiyəsiz deyilik, bizim də arxamızda dövlət durub. Cənab Prezident daim bizə dəstək olub və məmurlara da tapşırıq verib ki, bu qrupdan olan insanlar diqqətsiz qalmasınlar. Niyə məmurlar Prezidentin tapşırığına əməl etmir, niyə bizə qarşı belə soyuq davranırlar?”
Aprel qazisi iki ildir ki, Sumqayıt şəhərində kirayə mənzildə çətin şəraitdə yaşadığını söyləyib: "Aldığım 520 manatın 250 manatını kirayəyə, digər bir hissəsini kommunal xərclərə verirəm. İndi mən hara üz tutmalıyam ki, mənə yardım etsinlər? Axı biz can qoymuşuq, tarix yazmışıq, bəziləri kimi şou göstərməmişik. Şəhid olmayıb sağ qaldımsa bu mənim günahım deyil Allahın qismətidir. Bizim də taleyimizdə Qazi olmaq varıymış. İnanıramkı tezliklə bizim haqlı çağrışlarımıza cavab veriləcək və biz də haqq etdiyimiz həyatı yaşayacağıq. Hər kəs məni tanıyır və bilir ki, mən kimsəyə əyilmərəm və bütün qazi qardaşlarım kimi haqqımı istəyirəm. Allah Vətənimizi, millətimizi qorusun”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol