• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda yeni çay, limon və naringi sortları yaradılıb

Azərbaycanda yeni çay, limon və naringi sortları yaradılıb
20.02.2019 13:36
Azərbaycanda yeni çay, limon və naringi sortları əldə edilib.

Anews.az bildirir ki, bunu Trend-ə AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin (LREM) direktoru, elmlər doktoru, professor Fərman Quliyev deyib.

F.Quliyevin sözlərinə görə, uzun illər ərzində aparılan tədqiqat işləri nəticəsində mövcud limon, çay və naringi sortları arasından təsərrüfat göstəricilərinə - məhsuldarlığına, keyfiyyətinə, şaxtaya və quraqlığa davamlılığına, zərərvericilərə qarşı dözümlülüyünə görə ən yaxşı sortlar yoxlanılıb. Tədqiqatlar nəticəsində 4 yeni çay sortu əldə edilib.

Alim klon seleksiyası yolu ilə əldə edilən və artırılan həmin çay sortlarını "Fərmançay", "Fərmançay çəhrayı", "Lənkəran", "Xəzər" adlandırdığını da söyləyib: "Həmin çay sortları bir sıra morfoloji, bioloji xüsusiyyətləri, yaşıl yarpaq məhsulunun keyfiyyət göstəricilərinə görə rayonlaşdırılmış "Azərbaycan-2" çay sortu ilə müqayisə edilərək hərtərəfli öyrənilib. Əldə edilmiş yeni sortlar gələcəkdə təsərrüfatlarda yayıla bilər".

F.Quliyev əlavə edib ki, Lənkəran bölgəsində introduksiya olunmuş və seleksiya yolu ilə yaradılmış limon sort-formlarının yeni "LənkəranMeyeri" - ağçiçək sortu, naringi sort-formalarının isə qiymətli ilkin material kimi yeni naringi "Karlik tezyetişən" sortu yaradılıb.

O əlavə edib ki, yeni sortlar Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə təqdim edilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol