• $
  • €
  • ₽
  • ₺
  • £

“Qobu Park”da idman klubu açıldı

“Qobu Park”da idman klubu açıldı
22.02.2019 14:25
Azərbaycanda sosial sferanın bütün sahələri olduğu kimi, idmanın da inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu gün Azərbaycan yalnız beynəlxalq idman yarışlarının iştirakçısı deyil, həm də təşkilatçısıdır. Milli Olimpiya Komitəsinin rəhbəri Prezident İlham Əliyev idman və olimpiya hərəkatının inkişafına mühüm töhfə verir, respublikanın bir çox regionunda idman kompleksləri inşa edilib. Birinci vitse-prezident xanım Mehriban Əliyeva elm, səhiyyə kimi idmanın inkişafına da qayğı göstərir.

Bu barədə fevralın 21-də Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın tapşırığı ilə Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış "Qobu Park” yaşayış kompleksində idman klubunun açılış mərasimində məlumat verilib. 
Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov, Milli Məclisin üzvü, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev, tanınmış idmançılar və KİV nümayəndələri iştirak ediblər.

Millət vəkili Adil Əliyev çıxışında qeyd edib ki, ölkəmizdə uğurla həyata keçirilən idman siyasəti gənc nəslin harmonik, hərtərəfli inkişafına, sağlamlığının möhkəmləndirilməsinə, əməyə və vətənin müdafiəsinə hazırlanmasına, həmçinin asudə vaxtlarının səmərəli təşkilinə yönəlib. Məcburi köçkünlərin yaşadığı qəsəbədə idman klubunun açılması dövlət siyasətinin tələblərinə uyğundur və burada böyüyən uşaqların, yeniyetmələrin fiziki və mənəvi tərbiyəsində mühüm rol oynayacaqdır.

Komitə sədrinin müavini Fuad Hüseynovun isə çıxışında məcburi köçkünlərlə işin təkmilləşdirilməsi, onların yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi ilə bağlı dövlətimizin başçısının tapşırıqlarının icra edildiyini, yeni salınmış qəsəbələrdə infrastrukturun sakinlərin maraq və tələbatına uyğun olaraq genişləndirilməsinə diqqət yetirildiyini qeyd edib, yeni yaradılmış kluba fəaliyyətində uğurlar arzulayıb. 
"Ağ canavar” adlandırılan klubun rəhbəri "Qobu Park”ın sakini, Füzuli rayonundan məcburi köçkün Asəf Quliyevdir. Onun oğlu 13 yaşlı Amil həmyaşıdları arasında kikboksinq üzrə dəfələrlə ölkə, qitə və dünya çempionu olub. 

Bütün zəruri avadanlıq və məşq şəraiti ilə təchiz edilmiş idman klubunda kikboksinqlə yanaşı, digər əlbəyaxa döyüş növləri, həmçinin cüdo üzrə bölmələr də fəaliyyət göstərəcək. Burada hələlik 8 məşqçi-müəllim çalışacaq. Klubda eyni vaxtda 30 nəfərin məşq etməsi mümkündür. Artıq bölmələrə yazılmaq üçün 50 nəfərdən çox yeniyetmə və gənc müraciət edib. 

Asəf Quliyev məcburi köçkünlərin həm mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, həm də məşğulluğunun təmin edilməsinə göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıq bildirib. Qeyd edək ki, Quliyevlər ailəsi "Nərimanov rayonu, Z.Bünyadov prospekti, 30” ünvanında yerləşən, istifadəyə yararsız vəziyyətə düşmüş yataqxanadan ötən ilin yayında "Qobu park” yaşayış kompleksində üçotaqlı mənzilə köçürülüb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol