• $
  • €
  • ₽
  • ₺
  • £

Bu da İranda bayrağımız üçün mübarizə aparan 11 yaşlı Zəhra – VİDEO

Bu da İranda bayrağımız üçün mübarizə aparan 11 yaşlı Zəhra – VİDEO
29.05.2020 00:23
Bir müddət əvvəl İranda keçirilmiş karate üzrə beynəlxalq yarışda iştirak edən 11 yaşlı həmyerlimiz Zəhra Salmanova vətənpərvər bir addım atıb. O, yarışın keçirildiyi zalda bayrağımızın erməni bayrağından aşağıda asılmasına etiraz edib və bayrağın yerinin dəyişdirilməsinə nail olub. Hətta o, erməni rəqibini də məğlub edərək qızıl medal qazanıb.

Anews.az Xəzər TV-yə istinadən xəbər verir ki, 95 nömrəli tam orta məktəbin V sinif şagirdi Zəhra Salmanlı İranda keçirilmiş karate üzrə yarışda örnək bir addım atıb. O, turnirin keçirildiyi məkanda Azərbaycan bayrağının Ermənistan bayrağının altında asılmasına etiraz edib. Zəhra Azərbaycan bayrağının yerinin dəyişilməyəcəyi təqdirdə yarışa qatılmayacağını bildirib.

Bayraq daha uyğun yerdə asıldıqdan sonra yarışa qatılan məktəbli bütün rəqiblərinin üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
 
Rəqibləri arasında erməni idmançını da məğlub edən Zəhra Salmanlı sonda qızıl medal və diplomla təltif olunub.

Zəhranın sözlərinə görə, müxtəlif idman yarışlarında iştirak etsə də, bu yarışın və medalın yeri onda tam fərqlidir.
Zəhra deyir ki, idman artıq onun həyatının ən önəmli hissəsinə çevrilib. Amma bununla bərabər dərslərini də yaxşı oxuyur.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol