• $
  • €
  • ₽
  • ₺
  • £

Nahid Bağırov: “Ərəb turistləri itirdik”

Nahid Bağırov: “Ərəb turistləri itirdik”
28.02.2019 21:52
Təəssüf ki, ərəb turistlərin Azərbaycana axını əhəmiyyətli dərəcədə azalıb. Son zamanlar turizmdən gələn gəlirlərin əsas hissəsi onların payına düşür. Hazırda axın azalıb, ümumilikdə götürdükdə ötən illə müqayisədə, bu il hotellərin cəmi 10-20 faizi dolub.
Bunu Media.Az-a verdiyi açıqlamada Azərbaycan Turizm Assosasiyasının (AzTA) sədri Nahid Bağırov bildirib.
Nahid BağırovQeyd edək ki, 2019-cu ilin əvvəlində Azərbaycan Respublikasına 143 ölkənin vətəndaşı, daha dəqiq desək, 191,6 min xarici və ya vətəndaşlığı olmayan şəxs gəlib. Turist axınında ən böyük artım may ayında Misir (4,5 dəfə), Pakistan (2 dəfə), Türkmənistan (1,7 dəfə), Hindistan (1,4 dəfə) vətəndaşları arasında müşahidə olunub.
Ancaq Körfəz ölkələrindən olan qonaqların sayı ötən ilin analoji göstəriciləri ilə müqayisədə, 13,3 % və ya 28,5 min nəfər azalıb. Avropa ölkələrindən gələnlərin sayı 0,9% artıb, MDB ölkələrindən axın isə 0,2% çoxalıb.
Nahid Bağırovun sözlərinə görə, statistik məlumatlara əsasən, Rusiya vətəndaşları Azərbaycana gələn turistlər arasında birinci yerdədir. Ancaq bir məsələni anlamaq vacibdir ki, onların 95%-i əslən azərbaycanlı olan Rusiya vətəndaşlarıdır. İldə bir neçə dəfə doğma vətənlərinə gəlirlər. "Onları əsl turistlər hesab etmək olmaz. Bizim ölkəyə real turist axını Körfəz ölkələrindən qaynaqlanıb. Biz turizm sahəsində aparılan yanlış siyasətə görə onları itirdik. Digər yandan, Gürcüstana turist axını isə əksinə, daha da artıb”, – deyə Bağırov bildirib
AzTA rəhbəri hesab edir ki, turizm sahəsi hərtərəfli nəzarət və diqqətli yanaşma tələb edir. Söhbət yalnız marketinq və ya piardan getmir. Bu gün rəqib bazarların sayı-hesabı yoxdur, Azərbaycan rahatlaşsa, hər şey əldən çıxacaq.
"Ərəb turistlər bir çox ölkələr üçün dadlı tikədir. 2016-cı ildən 2018-ci ilin əvvəlinə kimi ölkəmiz inanılmaz nəticələrə nail olub. Körfəz ölkələrindən Azərbaycana nəhəng turist axını müşahidə olunub. Ancaq təəsüflər olsun ki, onu qoruyub-saxlaya bilmədik. Halbuki məhz ərəb turistlər Azərbaycanda daha böyük pullar xərcləyirdi. Avropalılar və MDB ölkələrindən olan turistlər onlar qədər pul xərcləmir”.
Onun sözlərinə görə, bu gün məhz bu istiqamətdə səyləri artırmaq vacibdir, belə ki, hotellər faktiki olaraq boş qalıb:
"Mart bayramları ilə əlaqədar İrandan ölkəyə çox sayda turistin gələcəyinə ümid edirdik. Ancaq dolların milli valyuta ilə müqayisədə, məzənnəsinin kəskin şəkildə artdığını nəzərə alsaq, İrandan böyük turist axını gözləməyin mənası yoxdur”.
Bağırovın sözlərinə görə, əvvəllər Bakıda hotel qiymətlərinin çox baha olduğu deyilirdi. Ancaq bu gün Booking.com-a daxil olmaqla asanlıqla günü 18-25 dollara hotel otaqları axtarıb tapmaq olar. Söhbət hotellərdən gedir, qonaq evləri və ya hostellərdən yox.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol