• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstanda azərbaycanlı itkin düşdü, FHN axtarışa başladı

Gürcüstanda azərbaycanlı itkin düşdü, FHN axtarışa başladı
01.03.2019 17:15
Gürcüstanda azərbaycanlı itkin düşüb.

Anews.az primetime.az-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Gürcüstan Respublikasının Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəedilməsi Agentliyindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə daxil olan məktubda Marneuli rayonunun İkinci Kosalı kənd sakini, 1952-ci il təvəllüdlü Əli Osmanovun (Gürcüstan Respublikasının vətəndaşı) 25.02.2019-cu il tarixində naməlum şəraitdə itkin düşdüyü bildirilib.

Ə.Osmanova məxsus avtomobil Kür çayının yaxınlığında tapıldığı üçün Gürcüstan xilasediciləri tərəfindən çayda axtarışlar aparılır.

Fövqəladə Halların İdarəedilməsi Agentliyinin müraciətinə əsasən, bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu Kür çayının Qazax rayonu ərazisindən keçən hissəsində axtarışlara cəlb olunub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:52
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:07
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Cəmiyyət 17:58
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Cəmiyyət 13:56
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Cəmiyyət 13:35
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox