• $
  • €
  • ₽
  • ₺
  • £

Qonaqlarına “qan udduran” Elçin Əlibəyli özü hədəfdə – Video

Qonaqlarına “qan udduran” Elçin Əlibəyli özü hədəfdə – Video
01.03.2019 23:46

Gənc şair Aqşin Yenisey öz Facebook səhifəsində qonaqlarını "ağ yuyub qara sərən” teleaparıcı Elçin Əlibəylini tənqid edib.


Belə ki, Elçin Əlibəyli həmişəki kimi, proqramına dəvət etdiyi qonağı kəskin tənqid etməklə qalmayıb, "qələt edirsən, başını daşa döyürsən ” kimi ifadələr işlədib. O şair Elşad Baratı xalq şairi Bəxtiyar Vahabzadəni tənqid etdiyinə görə təhqir edib.


"Elçin Əlibəyli Elşad Baratı verilişinə çağırıb danlayır ki, sən qələt edib Bəxtiyar Vahabzadəni tənqid etmisən, Bəxtiyar Vahabzadə sən yaşda olanda cənub mövzusundan yazırdı, qaçqınların vəziyyətini görəndə göz yaşlarını saxlaya bilmədi. Sən nə vaxt cənub mövzusundan yazmısan və qaçqın görəndə ağlamısan? Əziz dostum Elçin, on beş ilə yaxındır efirdəsən, yaradıcılıqla məşğulsan. Bəs sən nə vaxt cənub mövzusunu öz verilişlərinin birində müzakirəyə çıxarmısan, nə vaxt bir qaçqının dərdini efirdə işıqlandırmısan? Nə vaxt efirə çağırdığın şairə zəng vurub demisən ki, bu dəfə boşanan arvadları yox, Təbriz fədailərini müzakirə edəcəyik? Bir yiyəsiz şairi ayağından asmaq üçün adam özü bu suallara cavab verməli deyilmi? Üç gündür İran-Ermənistan söz-söhbətləri aləmi başına götürüb, hünərin varmı bu mövzunu öz verilişində efirə çıxarasan? Cənub mövzusunda indiyədək ədəbiyyatımızda bircə ciddi yazı yazılıb, onu da qətlə yetirilən Rafiq Tağı yazıb.
Bircə dəfə efirdən Rafiq Tağının adını çəkməyə cürət etmisənmi? Beş-altı yoluq şair tapıbsınız, sağdan da döşəyirsiniz, soldan da. Əmoğlu, varsa, içinə bir az da kəkotu at”


Qeyd edək ki, E.Əlibəyli bir müddət öncə də Maral Tahirıqızını verilişindən qovduğu üçün ictimai qınağa məruz qalmışdı.




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol