• $
  • €
  • ₽
  • ₺
  • £

Şəmsəddin Hacıyev bu təklifə qarşı çıxdı

Şəmsəddin Hacıyev bu təklifə qarşı çıxdı
03.10.2014 15:04

Azərbaycanda ali məktəblərə tələbə qəbulu zamanı vahid imtahan modelinin tətbiqi - buraxılış imtahanlarının nəticələri əsasında tələbə qəbulunun aparılması məsələsinin bir neçə il gündəmdə olmaması və hazırkı sistemin qalması daha məsləhətdir. Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib.Hələ 2009-cu ildə “Təhsil haqqında” qanun qəbul edilərkən ali məktəblərə tələbə qəbulunun vahid imtahan prinsipi ilə həyata keçirilməsi, yəni buraxılış imtahanlarının nəticələri əsasında qəbul olunma məsələsini qaldırdıqlarını xatırladan komitə sədri hesab edir ki, hazırkı test sistemi özünü tamamilə doğruldur, şəffaf, obyektiv imtahanlar keçirilir.Ş.Hacıyev deyib ki, hazırda ali məktəblərə tələbə qəbulunun buraxılış imtahanlarının nəticələri əsasında aparmaq üçün qanunvericilikdə hər hansı dəyişikliyin aparılması nəzərdə tutulmur. Bu məsələnin müzakirəsi də gündəmdə deyil: “Hesab edirəm ki, bu məsələnin bir neçə il gündəmdə olmaması daha məsləhətdir. Hazırkı sistemin bir neçə il qalması məqsəduyğundur. Bəzi ölkələrdə heç test, ümumiyyətlə, qəbul imtahanı yoxdur. Amma bəzilərində isə tamam başqa cürdür. Yerli vətəndaşlar üçün başqa sistem, xarici vətəndaşlar üçün başqa sistem qurulur. Hər ölkə özü üçün məqbul olan mexanizmləri yaradır. Hesab edirəm ki, bizim yaratdığımız bu sistem özünü doğruldub".Bununla belə, komitə sədri hesab edir ki, hazırkı qəbul sistemini də təkmilləşdirmək vacibdir və bu istiqamətdə bir çox yeniliklər tətbiq edilir.Onun fikrincə, testlərin tərtib olunmasını da təkmilləşdirmək lazımdır.Qeyd edək ki, bu ildən başlayaraq cari il məzunları üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul buraxılış imtahanlarının nəticələri əsasında aparılır. Gələn ildən 11 illik təhsil bazasından kolleclərə qəbul zaman həmin ilin məzunları üçün bu yeniliyin tətbiq edilməsi planlaşdırılır.ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol