• $
  • €
  • ₽
  • ₺
  • £

Qurban bayramında hava necə olacaq?

Qurban bayramında hava necə olacaq?
03.10.2014 14:38
Qurban bayramı günlərində Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, oktyabrın 4-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, axşama doğru yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-15, gündüz 17-22 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında oktyabrın 4-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Əsasən Lənkəran-Astara zonasında intensivləşəcəyi ehtimalı var. Havanın temperaturu gecə 10-15, gündüz 18-23, dağlarda gecə 1-6, gündüz 6-10 dərəcə isti olacaq. Oktyabrın 5-də isə Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən gecə və səhər saatlarında bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında kəsiləcəyi gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 12-15, gündüz 17-22 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında oktyabrın 5-də arabir yağış yağacağı gözlənilir. Əsasən şimal və şərq rayonlarında intensivləşəcəyi ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 19-22, dağlarda gecə 1-6, gündüz 6-10 dərəcə isti olacaq.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol