• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirdən pensiyaçılara müjdə

Nazirdən pensiyaçılara müjdə
09.03.2019 10:05
"Ümumilikdə islahatlar prosesi, o cümlədən pensiya təminatı sahəsində islahatlar yüksək səviyyədə davam edir və Azərbaycanın dövlət siyasəti çərçivəsində həyata keçirilmiş vacib addımlar bunun bariz nümunəsidir.

Anews.az xəbər verir ki, bunu Trend-ə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.


Nazir bildirib ki, il ərzində yeni Konsepsiya hazırlanacaq və bu Konsepsiya 2030, 2040, 2050 və sonrakı illər üçün Azərbaycanın pensiya sistemini proqnozlaşdıracaq:


"Konsepsiya Azərbaycanın pensiya sistemində islahatlar çərçivəsində hazırlanır. Gələcəkdə biz Azərbaycanda pensiya sisteminin daha iki səviyyəsini tətbiq etmək istəyirik. Bu, beynəlxalq praktikada geniş istifadə olunur. Bu məqsədlə biz yerli və xarici ekspertləri cəlb etmişik".


S.Babayev xatırladıb ki, ötən il dövlət başçısı 2006-cı ilədək vətəndaşların sığorta stajının amnistiyasını təmin edən tarixi qanun qəbul edib:


"Bu, bizə 1 yanvar 2019-cu ildən pensiyanın təyin olunmasını avtomatlaşdırmağa imkan verdi və biz artıq pensiyanı elektron şəkildə alan 5 mininci pensiyaçı ilə görüşmüşük. Şübhəsiz ki, bu, mühüm islahatdır və dünyanın çox az ölkəsində bu praktika mövcuddur. Fikrimcə, biz bu baxımdan pensiyaların təyin olunması sisteminin təşkili üzrə ən yaxşı nümunələrdən biri olacağıq. Amma bununla bizim islahatlarımız bitmir. Bildiyiniz kimi, dövlət başçısı Azərbaycanda minimum pensiyanı 160 manat həcmində müəyyən edib ki, bu da yaşayış minimumu həddini üstələyir. Ona görə də bu addım bizə pensiyaçıların həyat şəraitini yüksəltməyə imkan verəcək".


Xatırladaq ki, 2019-cu ilin martın 1-dən Azərbaycanda minimum pensiya həcmi 38,5 faiz artırılaraq 160 manata çatıb. Bundan əvvəl minimum pensiya 116 manat təşkil edirdi.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol