• $
  • €
  • ₽
  • ₺
  • £

İcbari tibbi sığortanın qiyməti məlum oldu

İcbari tibbi sığortanın qiyməti məlum oldu
28.05.2020 20:19
Gələn ildən icbari tibbi sığorta sisteminin (İTS) bütün ölkə ərazisində tətbiqi planlaşdırılır. Artıq ayrı-ayrı sosial qrupa aid əhali üçün ödəniləcək illik sığorta haqlarının məbləği də müəyyən edilib.

Hurriyyet.org xəbər verir ki, qaydalara əsasən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və özüməşğul əhali qrupu üçün tibbi sığorta ödənişlərinin illik məbləği 120 manat olacaq.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi sığorta departamentinin rəhbəri Vüqar Qurbanov qeyd edib ki, tütün məmulatlarına, energetik içkilərə, neft məhsullarına xüsusi aksiz markalarının alınmasına görə tətbiq edilən vergilər hesabına İTS-nin maliyyə mənbələri üzrə daxil olan vəsaitlər artacaq.
Həmin vəsait də əhalinin keyfiyyətli tibbi xidmətlər əldə etməsi üçün tibb müəssisələrinə yönəldiləcək.

Qeyd olunub ki, 2020-ci ildən xidmətlər zərfinin baza hissəsi üzrə hər il adambaşına 29 manat dövlət büdcəsi hesabına ödəniləcək:

"Baza hissəsinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti aiddir. Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə İTS haqqının ödənilməsi məcburidir. Əhali kateqoriyaları üzrə də tibbi sığorta haqqının illik məbləği 120 manatdır və hər bir şəxsin ödədiyi sığorta haqqı onun özünə aiddir”.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol