• $
  • €
  • ₽
  • ₺
  • £

Yaz xəstəliklərindən qorunmağın yolları

Yaz xəstəliklərindən qorunmağın yolları
29.05.2020 12:31
Qış aylarında başda qrip və soyuqdəymə olmaqla bir çox xəstəliklərə tutuluruq.

Yaz gəldikdə isə "qış qripindən qurtulduq", - deyə sevinməyə başlayırıq. Halbuki bu da bir keçid dövrü olduğu üçün yazdakı dəyişikliklərə hazır olmalıyıq. Bəs bu dəyişiklər hansılardır və onlardan necə qorunmalıyıq?

Anews.az E-tibb.az-a istinadən bununla bağlı mütəxəssis məsləhətlərini diqqətinizə çatdırır.

İnfeksiyalar

Yazda havaların dəyişkən olması immunitetin zəifləməsinə səbəb olur. Bunun da nəticəsində virusların yaratdığı yuxarı və aşağı tənəffüs yolu infeksiyalarına məruz qalırıq. İnfeksiyalardan qorunmaq üçün ilk növbədə sağlam və balanslı şəkildə qidalanmaq, xəstə şəxslərlə təmasda olmamaq lazımdır. İmmunitet sistemini ən çox gücləndirən C və D vitaminlərii olduğundan, C vitamin qaynağı olaraq təzə meyvə və tərəvəzlər yeyin. Bədəninizdəki D vitaminini günəş şüaları ilə artırmağı unutmayın. İdman və günəş şüalarından faydalanmaq xəstəliklərdən qorunmaq üçün önəmli ünsürlər olduğundan, həftədə ən azı 3 gün yarım saat piyada gəzin. İnfeksiyaların çoxu əl və ağız yolu ilə yoluxduğundan əllərinizi tez-tez sabunla yuyun. Olduğunuz otağın havasını tez-tez dəyişin.

Yaz yorğunluğu

Yazla birlikdə halsızlıq, yorğunluq, yuxululuq, oynaq ağrıları kimi şikayətlərə sıx rastlanır. Hormonal sistem və metabolizmadakı dəyişikliklərlə birlikdə şəxsin ruhi vəziyyəti də təsirlənir. Alacağınız bəzi qabaqlayıcı tədbirlərlə yaz yorğunluğundan qurtula bilərsiniz. Məsələn, hər gün 2 litr su içmək, kifayət qədər vitamin, mineral və antioksidant tərkibli qidalar yemək əhəmiyyətlidir. Bu dövrdə gəzmək, qaçış, üzmə kimi mütəmadi məşqlər etməli, kifayət qədər yatmalı, işləmə-dincəlmə araları və istilik dəyişimlərinə diqqət edilməlidir. Siqaret, kafein və alkoqoldan uzaq olmaq lazımdır.

Mədə-bağırsaq xəstəlikləri

Yaz mövsümündə mədə-bağırsaq sisteminə aid xəstəliklərdən olan qastritlə bağlı şikayətlər daha çox artır. Bu dövrdə bəzi viruslarla bağlı ishala da sıx rastlanır. Stress və qidalanma dəyişiklikləri ilə birlikdə bağırsaq pozulması da ortaya çıxır. Diqqətli pəhrizlə bir yandan qışda aldığınız artıq kilolardan qurtula, digər yandan da mədə-bağırsaq şikayətlərini azalda bilərsiniz. Çoxlu su içmək, meyvə-tərəvəzləri bol su ilə yumaq vacibdir.

Yaz allergiyası

Yaz allergiyası həyat şəraitinə təsir edən bir xəstəlikdir. Qızdırma olmadan daim gözlərdə yanma, sulanma, qaşıntı kimi şikayətlər bahar allergiyasına işarədir. Bu hal yuxarı tənəffüs yollarının funksiyasına təsir etdiyindən allergiyaya meylli olanlar digərlərinə nisbətən daha tez-tez sinusit və qulaq infeksiyaları ilə qarşılaşır. Allergiyası olanlar ağac və güllərin çox olduğu yerlərdən uzaq durmalıdırlar. Evdə xalça, kilim kimi toz tutan əşyaları götürmək və tez-tez təmizləmək lazımdır. Müalicə olaraq allergiya dərmanlarından istifadə olunur. Müalicəni axsatmasanız, xəstəliyin astmaya çevrilməsinin qarşısını alarsınız.

Astma

Astması olan xəstələrdə bahar aylarında tutmalar tez-tez təkrarlanır. Ona görə də astması olanlar bu fəsildə dərman müalicəsini axsatmamalıdır. Qabaqlayıcı tədbir olaraq səhər saatlarında bayıra çıxmayın, evin pəncərələrini açmayın, evin havalandırılmasını tozlanmanın az olduğu axşam saatlarına saxlayın. Axşam evə dönəndə paltarlarınızı dəyişib, duş almağı unutmayın.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol