• $
  • €
  • ₽
  • ₺
  • £

Uşaqlar niyə dırnaqlarını yeyir? - Səbəblər

Uşaqlar niyə dırnaqlarını yeyir? - Səbəblər
11.03.2019 23:00
Yeniyetmələrdə qayğı, stress, depressiya dırnaq yemə vərdişinin formalaşmasına səbəb ola bilər. Bu hal uşaqlarda daha fərqli səbəblərdən də yarana bilər. Demək olar ki, ailələrin çoxunda uşaq dırnağını yeyir. Bəs, bunun səbəbləri haqqında heç düşündünüzmü?

TurpKimi.com xəbər verir ki, böyüklərdə olduğu kimi uşaqlarda da stress, depressiya müşahidə edilir.   


Mütəxəssislərin bildirdiyinə görə, dırnaq yeyən uşaqlar əsasən psixoloji gərginlik keçirərək bu vərdişə tutulurlar.   

Ailədə baş verən şiddətli mübahisələr, boşanmalar, qohumlardan birini itirmə, məktəbdə yaşanan sıxıntılar uşağınızı gərginliyə salır. Uşaq da  bu hallara dırnaqlarını yeyərək reaksiya göstərə bilir.
     

Böyümək çox  çətin və həyəcanlı prosesdir. Bəzən böyüklər fikirləşirlər ki, uşaqların heç bir problemi olmur və ya onların tək problemi səhər yataqdan durub bağçaya, ya da məktəbə getməkdir. Əslində bu tamamilə yanlış fikirdir.  
   Övladınız ilə danışaraq problemlərini öyrənə və nədən qorxduqlarını soruşa bilərsiniz. Əgər dırnaq yeməyə nəyin səbəb olduğu ilə bağlı ehtimalınız varsa, bu vəziyyətin ən qısa zamanda keçəcəyini və ya öhdəsindən necə gələcəyi haqda danışa bilərsiz.

  

Müəyyən sədlər çəkərək bu vərdişdən yaxa qurtarmaq mümkündür. Uşaqlarınızı cəzalandırmaq əvəzinə onlara qulaq verin və məsələnin nə olduğunu öyrənin.   

Əgər övladınızın problemlərini həll etməkdə çətinlik çəkirsinizsə,  mütləq psixoloqdan məsləhət alın.   

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol