• $
  • €
  • ₽
  • ₺
  • £

Uşaqları şəkər asılılığından necə qurtarmaq olar?

Uşaqları şəkər asılılığından necə qurtarmaq olar?
12.03.2019 20:30
Çox şirniyyat yeyən uşaqlarda bir çox xəstəliklərin yaranması riski böyükdür. Bunlar diabet, yüksək təzyiq, dislipidemiya (qanda yağ maddələrinin nisbətinin pozulması), qaraciyər yağlanması, piylənmə, diş çürükləri və psixoloji problemlərdir.

Beynəlxalq səhiyyə təşkilatları bildirir ki, şirniyyatdakı kalorinin qida dəyəri yoxdur. Yəni uşaqlar bunları yeyərkən qidalanmış yox, sadəcə kalori almış olurlar. Hazırda şirin qidalar o qədər yayılıb ki, uşaqlar demək olar ki, hər an bunlarla rastlaşır. Məktəb bufetlərində, marketlərdə, evlərdə şirin məhsullardan qaçmaq çox çətindir. Uşaqlar balaca vaxtlarından bütün özəl günlərin tort və ya hər hansı bir şirniyyatla qeyd edildiyini müşahidə edirlər. Və getdiksə beyin mərkəzi də şəkərə vərdiş edir ki, uşaq hər dəfə daha çox şirniyyat istifadə etməyə ehtiyac duyur.

Meyvə şirələri: sadəcə şirin su ilə yüklənmək

Anews.az e-tibb.az-a istinadən bildirir ki, valideynlər uşaqlarına meyvə şirələrini verməyi çox xoşlayır və hətta məktəbə gedərkən çantalarına belə qoyurlar. Onların çoxunu isə burdakı "meyvə" sözü daha çox cəlb edir. Həkimlər isə bildirir ki, əslində bu şirələr qana bir qədər şirin su əlavə etməkdən başqa bir şey deyil. Çünki bu şirələrdə şəkəri həzm etdirəcək liflər yoxdur. Ötən il ABŞ Pediatriya Akademiyası elan etdi ki, 1 yaşına kimi uşaqlara meyvə şirəsi vermək olmaz. 3 yaşına qədər olan uşaqlara isə hər gün çox az miqdarda meyvə suyu verilə bilər. Bunlar tamamilə təbii, heç bir başqa maddə qatılmayan yüz faiz meyvə şirələri olmalıdır.

Uşaqlar üçün xüsusi olaraq satılan yoqurt, biskvit, çox növlü şirniyyatlar, ketçap kimi məmulatlarda həddən artıq şirinlik olur. Uşaqların zövq alması üçün bəzədilərək satılan bu şirniyyatlar sağlamlıq üçün çox təhlükəlidir. Məsələn, siz uşağınız üçün az yağlı qatıq alarkən, mütləq üzərini oxuyun və görəcəksiniz ki, dadlı olması üçün bura şəkər əlavə edilib. Həkimlər qeyd edirlər ki, üzərində bir körpə, yeriməyə başlayan uşaq şəkili gördüyünüz hər məhsulu almağa tələsməyin. Çünki bu sağlam bir qida olmaya da bilər.

Bəs uşaqlar şəkəri sağlam formada necə qəbul edə bilər?

Həkimlərin bildirdiyinə görə, həftədə bir neçə dəfə bal, bəhməz və öz şirəsi ilə hazırladığınız mürəbbə sularından istifadə etmək olar. Bundan başqa, 3 yaşından yuxarı uşaqlara yeməyinin yanında şəkər əlavə edilməyən meyvə suları verilə bilər. Evdə düzəldilən dondurmalar, darçın və xurma ilə hazırlanan biskvitlər və ballı südlərin də istifadəsi məsləhət edilir.

Həkimlər deyir ki, düyü əvəzinə yarmadan plov hazırlamağa çalışın. Eyni zamanda nazik dilimlənən almanı bir saat sobada saxladıqdan sonra üzərinə darçın səpərək cipslər əldə etmək olar. Buxarda əritdiyiniz şokoladları isə bananın, naringinin, çiyələyin, armud və sair meyvələrin üzərinə tökərək görünüşü gözəl olan ləzzətli şirniyyatlar da hazırlamaq mümkündür.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol