Bulvarda pulsuz karusel aksiyası olacaq

Qurban bayramı ilə əlaqədar Dənizkənarı Bulvar ərazisində konsert proqramı nəzərdə tutulmayıb. Amma bayram günlərində insanların çalışmadığını, ən çox istirahət etdiyi yerin Bulvar ərazisi olduğunu nəzərə alaraq, Bulvar İdarəsi gücləndirilmiş iş rejimində çalışacaq.Bu barədə Modern.az-a Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov məlumat verib.İdarə rəsmisi pulsuz karusel aksiyasının bayram günlərində mümkün olmayacağını söyləyib: “Həmin günlərdə əhalinin çox sıx olacağından karusellərin ödənişsiz olması izdihama səbəb ola bilər. Biz fiziki olaraq bayram günlərində bunu təşkil etmək iqtidarında deyilik. Bulvar İdarəsi olaraq pulsuz karusel aksiyasını bayramdan sonra yaxın günlərdə təşkil edəcəyik, günü və saatı barədə ictimaiyyəti məlumatlandıracağıq”.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























