• $
  • €
  • ₽
  • ₺
  • £

Energetika naziri “OPEC plus” tədbiri çərçivəsində bir sıra görüşlər keçirib

Energetika naziri “OPEC plus” tədbiri çərçivəsində bir sıra görüşlər keçirib
19.03.2019 11:20
Bakıda OPEC və qeyri-OPEC ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclası çərçivəsində energetika naziri Pərviz Şahbazov OPEC prezidenti Venesuelanın neft naziri və Dövlət Neft Şirkətinin prezidenti Manuel Kevedo Fernandes, Birləşmiş Ərəb Əmirliklərinin energetika və sənaye naziri Suheyl əl-Mazrui, İraqın baş nazirinin müavini, neft naziri Tamer əl-Qadban və Əlcəzairin "Sonatrach” neft və qaz şirkətinin icraçı direktoru Əbdülmömin Uld Qaddur ilə görüşüb.

Görüşdə neft hasilatının məhdudlaşdırılması ilə bağlı dekab qərarının neft bazarına təsiri və ikitərəfli əməkdaşlıq imkanları müzakirə edilib. Energetika naziri Pərviz Şahbazov "OPEC plus” formatında əməkdaşlığın bütün neft ölkələri üçün əhəmiyyətindən danışaraq, bu tədbirdə iştirakına görə təşəkkür edib. 
Manuel Kevedo Fernandes Venesuelada  neft hasilatının kəskin azalmasının qarşısını almaq üçün tədbirlər görüldüyünü, ixrac bazarlarının diversifikasiyası üzərində işlədiklərini diqqətə çatdırıb. Hindistana neft ixracının dayandığını deyən nazir Rusiya və Çinin əsas istiqamətlər kimi  nəzərdən keçirildiyini bildirib.
Görüşdə Venesuelanın Dövlət Neft Şirkəti ilə əməkdaşlıq məsələlərinə dair də fikir mübadiləsi aparılıb. 

BƏƏ-nin energetika və sənaye naziri Suheyl əl-Mazrui ilə görüşdə isə energetika sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi diqqət yetirilib. Qaz və bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin istehsalında xərclərin azaldılması və səmərəliliyə nail olunmasında BƏƏ-nin təcrübəsi ilə bağlı fikir mübadiləsi aparılıb. Bu istiqamətdə birgə əməkdaşlıq edilməsi təklif edilib. Görüşdə həmçinin bərpa olunan enerji sahəsində "Masdar” şirkəti ilə əlaqələrin intensivləşdirilməsinin vacibliyi də qeyd olunub. 

İraqın baş nazirinin müavini, neft naziri Tamer əl-Qadban görüşdə İraq-Azərbaycan münasibətlərindən söz açılıb, iki ölkənin neft-qaz sahəsində əməkdaşlıq əlaqələrindən bəhs edilib. "OPEC plus” formatı çərçivəsində əməkdaşlıq, SOCAR vasitəsilə İraq mənşəli, eləcə də bu istiqamətdə xam neft və neft məhsullarının dünya bazarına təchizatı, neft-qaz mütəxəssislərinin Azərbaycanda hazırlanması kimi məsələrdən danışılıb.
Pərviz Şahbazov Azərbaycanın qədim neft diyarı olduğunu, həyata keçirilən regional və qlobal əhəmiyyətli layihələr və neft gəlirlərinin idarə olunması üçün yaradılmış Dövlət Neft fondunun Fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

İraqın neft naziri isə öz ölkəsinin neft sənayesində qazandığı uğurlardan danışıb, dünya bazarında neftin qiyməti ilə bağlı tendensiyalar, İraqın OPEC-dəki fəaliyyəti haqqında məlumat verib. İraqın neft sənayesində modernləşmə və reabiltasiya tədbirlərinin prioritet olduğu qeyd edilib.  

Energetika naziri Pərviz Şahbazov Əlcəzairin "Sonatrach” neft və qaz şirkətinin icraçı direktoru Əbdülmömin Uld Qaddurun rəhbərlik etdiyi nümayəndə heyəti ilə də görüşüb. Pərviz Şahbazov bildirib ki, Azərbaycan və Əlcəzair hökumətləri arasında neft-qaz sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmaq üçün hazırdır və bu sənəd karbohidrogen layihələri, neft-kimya sənayesi, LNG və neft məhsullarının nəqli və satışı kimi bir çox istiqamətdə əməkaşlığı genişləndirəcək.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol