Bakıda dəhşətli qəza: avtobus parklanmış maşınlara çırpıldı, başqa birinin üstündən keçdi

"8-ci kilometr bazarı”nın önündə marşrut avtobusu zəncirvari qəza törədib.
Hadisə şahidlərinin axar.az-a verdiyi məlumata görə, yüksək sürətlə idarə olunan avtobus idarəetmədən çıxıb və piyada keçidində dayanan maşınlara çırpılıb, daha sonra digər maşının üstündən keçib. Nəticədə 4 maşına ciddi ziyan dəyib.
Hadisə yerinə təcili yardım və xilasetmə maşınları cəlb edilib.
Yaralananlar var.
www.anews.az
Son xəbərlər 
Daha çox 























