Sumqayıtda faciəvi ölüm- işıqforu təmir etmək istəyən usta ölüb

Sumqayıtda bədbəxt hadisə baş verib.
ONA-nın yerli bürosunun məlumatına görə, hadisə "Stansiya Sumqayıt" adlanan ərazisində baş verib.
Elektrik ustası, 1985-ci il təvəllüdlü Həsrətov Anar Azad oğlu ərazidə xarab olan işıqforu təmir etmək istəyərkən yüksək gərginlikli elektrik cərəyanı onu vurub.
A. Həsrətov hadisə yerindəcə keçinib. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.
www.anews.az
Son xəbərlər 
Daha çox 























