• $
  • €
  • ₽
  • ₺
  • £

Kamil Zeynallı azadlığa çıxdı - VİDEO

Kamil Zeynallı azadlığa çıxdı - VİDEO
22.03.2019 09:00
Məşhur idmançı Kamil Zeynallı azadlığa çıxıb. Onun barəsində verilmiş 10 sutkalıq inzibati həbs cəzasının müddəti başa çatıb.
Oxu.Az xəbər verir ki, Kamil özünün Instagram hesabında evə gəlməsini videoya çəkərək izləyicilərlə paylaşıb.

O, videoya bu şərhi yazıb:

"Dostlar, salam, çox şükür hər şey yaxşıdır. Bu gün saat 17:00-da azadlığa buraxdılar məni. Hamıdan, hər kəsdən razıyam. Heç nədən narazılığım yoxdur, səhvimiz var idi, cəzamızı da çəkdik gəldik, 10 gün nədir ki?! Camaat illərlə məhbus həyatı çəkir. Allah içəridə olan hər kəsin qapısını açsın. Dövlətimizdən, hər kəsdən razıyam. Allaha and olsun, insan hara gedir getsin, getdiyi yerdə özünü necə aparırsa, o cür də onunla elə rəftar edirlər. Bütün maraqlanan, maraqlanmayan hər kəsə təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, Kamil Zeynallı İnzibati Xətallar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə təqsirli bilinmişdi. O, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 10 sutkalıq inzibati həbslə cəzalandırılmışdı.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol