• $
  • €
  • ₽
  • ₺
  • £

Hadı Rəcəbli "Diqlas"dakı yanğından danışdı

Hadı Rəcəbli "Diqlas"dakı yanğından danışdı
28.03.2019 17:40
"Dünyanın hər yerində belə yanğınlar olur, müvafiq olaraq qarşısının alınması istiqamətində addımlar atılır. Dünyanın inkişaf etmiş ölkələrində sığorta mədəniyyəti formalaşıb. Azərbaycanda da bu sistem var. Məsələn, icbari tibbi sığorta və digər sığorta formaları mövcuddur. Ölkəmizdə 5 məcburi sığorta forması var. Gələcəkdə əmlakın sığortalanması halı da geniş şəkildə tətbiq ediləcək".

Bunu "Report"a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev müdrik addım ataraq "Diqlas" ticarət mərkəzindəki yanğınla bağlı məsələni nəzarətə götürdü, sahibkarlara dəymiş ziyana görə kompensasiya ödənilməsini tapşırdı: "Təsəvvür edin, o insanların hər biri fəlakətlə üzləşiblər, əmlakları yanıb, işsiz qalıblar. Prezident belə humanist addım ataraq onlara qayğı göstərmiş oldu. Bu, bir daha göstərdi ki, Prezident xalqın yanındadır. Dövlət başçısı bu cür addımları zaman-zaman atıb. Biz bunu yüksək qiymətləndiririk".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol