• $
  • €
  • ₽
  • ₺
  • £

“Kontakt Home” istehlakçıları necə aldadır? (VİDEO)

“Kontakt Home” istehlakçıları necə aldadır? (VİDEO)
29.05.2020 00:32
Paytaxt sakini Babək Cəfərov "Kontakt Home”nin şok fırıldağının üstünü açıb.


Qaynarinfo "Yeni Sabah”a istinadən xəbər verir ki, o baş vermiş hadisə ilə bağlı sosial şəbəkədə paylaşım edib. Bildirib ki, ilyarım əvvəl hər ay 27 manat ödəməklə kreditə 250 manatlıq telefon alıb. Son ödəməsini bu il martın 24-də şirkətə ödəyib və kreditini bağlayıb. 


Lakin 1 gün sonra telefonu işləməyib. Bəlli olub ki, Kontakt Home telefonu deaktiv edib. Maraqlandıqda isə bunu onunla izah ediblər ki, guya kreditdə olduğu müddət ərzində telefon şirkətin balansında imiş, indi Babək Cəfərovun adına keçib. Və buna görə də o əlavə 20 manat pul ödəməklə telefonu aktiv etməlidir.


"Bu nə dərəcədə düzgündür və hansı etik normalara sığır?” – deyə istehlakçı sual edir: "Hesab edirəm ki, bu şirkətdən ümumiyyətlə telefon almağa dəyməz. Çünki 250 manatlıq telefon üçün 500 manat pul ödənilib, amma bu azmış kimi daha 20 manat da tələb edirlər”.


Təəssüf ki, ölkədə istehlakçı hüquqlarını qoruyan qanunlar işlək vəziyyətdə olmadığından  B. Cəfərov kimi minlərlə insan bu kimi fırıldaqlarla üz-üzə qalmağa məcburdur.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol