• $
  • €
  • ₽
  • ₺
  • £

“Diqlas”da “Şərurlu İsfəndiyar”ın da mağazaları yanıb

“Diqlas”da “Şərurlu İsfəndiyar”ın da mağazaları yanıb
01.04.2019 10:48
Martın 26-da Ticarət Mərkəzində yanğın zamanı "Şərurlu İsfəndiyar” ləqəbi ilə tanınan iş adamı İsfəndiyar Axundovun da mağazaları yanıb.

İ.Axundov "Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin TM-də oboy satışı ilə məşğul olan iki mağazası olub:

"İcarəyə götürmüşdük, oboy satırdıq. İşçilərim nəzarət edirdi, heç özüm mağazaları görməmişdim. Yanğında bütün mallar yanıb, heç nə çıxara bilməyiblər. Nə qədər ziyan dəydiyini hesablamamışam. O pul mənim üçün böyük ölçüdə deyil, ona görə arxasıyca düşmədim, araşdırmadım da.

Digər mağaza sahibləri üçün çox ağırdır, bəziləri kredit götürüb, evini girov qoyub, nisyə mal alıb o işi görmüşdü. Amma mənim üçün çox da böyük itki deyil. Buna görə də dövlətdən heç bir istəyim, arzum yoxdur”.

Qeyd edək ki, İ.Axundov son günlər Aprel şəhidi Sənan Axundovun ailəsinə məxsus obyekti onların əlindən alması xəbəri ilə gündəmə gəlib. "Şərurlu İsfəndiyar” açıqlamasında qarşı tərəfin sənədinin saxta olduğunu və bu barədə məhkəmə qərarının elan edildiyini bildirmişdi.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol