• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda saç boyasından içki hazırlanırmış? - FOTO

Bakıda saç boyasından içki hazırlanırmış? - FOTO
03.04.2019 20:00

Paytaxtda saxta məhsulların hazırlanması ilə məşğul olan sexlər aşkar edilib.

Bu barədə Vergilər Nazirliyi məlumat yayıb.

Belə ki, Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən "Mini market”də və Gəncə prospektində yerləşən "Şərab evi mağazası”ndan külli miqdarda qanunsuz istehsal edilmiş və saxta aksiz markaları ilə markalanmış alkoqollu içkilər aşkar edilib.

 

Müəyyən edilib ki, Bakı şəhəri, Xətai rayonu, 6-cı Əhmədli küçəsindəki fərdi yaşayış evlərindən birində Əliyev Şahin Hacı oğlunun rəhbərliyi altında spirt məhsulları kustar üsulla bahalı içkilərə aid şüşə qablara doldurulur.

Fərdi yaşayış evində axtarış zamanı Rusiya və yerli istehsal adlı 1059 ədəd saxta aksiz markası, 286 ədəd hazır alkoqollu içki, 52 qutu boş şüşə, 15 qutu qapaq, beş qutu tıxac, bir qutu və 2 bağlama etiket aşkar edilib.

Bundan başqa, bir neçə qutu saç rəngləyiciləri də aşkar edilib və hazırda həmin kimyəvi qatqıların alkoqol məhsullarının istehsalında istifadə edilib-edilməməsi araşdırılır.

Faktlar üzrə cinayət işi qaldırılıb, Şahin Əliyev barəsində həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif Mirzəyev küçəsi, ev 53 ünvanda Həmidov Əlövsət Akif oğluna məxsus həyət evində keçirilən nəzarət tədbiri zamanı bir sıra brend markalar - "Ariel”, "Vernel”, "Calgon” və "Domestos”a məxsus yuyucu və təmizləyici vasitələrin saxta üsulla hazırlanaraq satışa hazırlandığı müəyyən edilib. 

Ə.Həmidov qonşu ölkələrdən ucuz yuyucu vasitələri alaraq onları texniki duzla qarışdırıb brend markalı yuyucu vasitələrin qutularına dolduraraq hazırladığını və müxtəlif obyektlərə, o cümlədən "Sədərək” ticarət mərkəzində fəaliyyət göstərən satış obyektlərinə təqdim etdiyini etiraf edib. 

Saxta məhsulların hazırlanmasında Həmidov Əlövsət Akif oğlundan başqa daha dörd nəfərin əmək müqaviləsi olmadan bu işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olunub. 

Faktlarla bağlı araşdırma aparılır.

 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Cəmiyyət 13:43
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Cəmiyyət 13:26
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Mətbuat Şurası bəyanat yayıb
Cəmiyyət 13:08
Mətbuat Şurası bəyanat yayıb
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Cəmiyyət 12:52
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Cəmiyyət 12:34
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Axtarışda olan narkokuryer saxlanılıb
Cəmiyyət 12:25
Axtarışda olan narkokuryer saxlanılıb
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Cəmiyyət 12:06
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Cəmiyyət 11:50
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
Cəmiyyət 11:38
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol