• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda bağçada uşağa qarşı zorakılıq – Müəllim 5 yaşlı uşağı bu hala saldı?

Bakıda bağçada uşağa qarşı zorakılıq – Müəllim 5 yaşlı uşağı bu hala saldı?
03.04.2019 17:30
Sumqayıtda yerləşən uşaq bağçasında azyaşlının müəlliməsi tərəfindən zorakılığa məruz qaldığı iddia olunur. Rəhbərlik isə bunu inkar edir və şər-böhtan adlandırır. O, "əgər belə bir hal baş veribsə, polisə şikayət etsinlər, araşdırılsın” söyləyir.

Anews.az  minval.info-ya istinadən xəbər verir ki, hadisənin şəhərin 14-cü məhəllədə yerləşən 2o saylı uşaq bağçasında yaşandığı bildirilir.

Belə ki, 2014-cü il təvəllüdlü Ramal İbrahimovun sözlərinə görə, Zahidə adlı müəlliməsi tərəfindən fiziki zorakılığın qurbanı olub. Bu səbəbdən azyaşlının üzündə qançır izləri əmələ gəlib.

Minval.info-ya göndərilən videonu lentə alan azyaşlının anası Reyhan Quliyeva "Yetimçiliklə uşaq böyüdürük, onu da belə edirlər. Müdriyyət hara baxır? Kim edib bunu? Deməmisən, müdriyyətə? Görün nə gündədir uşaq?!” deyərək qəzəbini ifadə edib.

Azyaşlı isə anasına "Müdriyyətə demişəm. Ən birinci Zahidə (müəlliməsi – red.) vurdu, sonra isə Zəhra” cavabını verib.

İddiayla bağlı 20 saylı uşaq bağçasının direktoru Nüranə Həsənova ilə əlaqə saxladıq. Bağça müdirəsi deyilənlərin tamamilə yanlış və şər-böhtan olduğunu dilə gətirdi:

"Bu bağçada elə bir hadisə baş verməyib. Ola bilsin, uşaqlar dalaşıb. Müəllimə tərəfindən zorakılığın yaşanması mümkün deyil. Burada kameralar var. Uşaq bizə deyib ki, öz yaşıdı ilə dalaşıb. Ramalın videoda elə deməsinə səbəb anasının onu elə öyrətməsidir. Müəllimə ümumiyyətlə, uşaq vurmur. Bu, ola bilməz. Səhər uşaq burada faktiki deyib ki, maşın sürürmüş qabağına yoldaşı çıxıb və dalaşıblar. Əgər elə bir hadisə olubsa, polisə şikayət edərdilər də, niyə sizə deyirdilər?! Bölməyə müraciət olunsun, biz də araşdıraq”.

N.Huseynovanın sözlərinə görə, valideyn uşağını vaxtlı-vaxtında bağçaya gətirmir: "O zaman Ramalı bağçadan çıxarmalıyıq? Biz ona güzəşt edirik, amma belə olmamalıdır”.

Bağça direktoru "nəyə görə sizə qarşı bu iddianı irəli sürüb” sualına "bilmirəm” cavabını verib:

"Reyhan xanım səhər burada bizimlə gözəl insan kimi, səmimi danışıb. Uşağı da dindirmişik. Özünün, müəlliməsinin, hətta mənim yanımda söhbət etmişik. Gərək mən onu videoya çəkərdim, səhv etmişəm. Bilməmişəm, o cür münasibətin qarşısında sizə şikayət ünvanlayar. İndi uşaqların yatan vaxtıdır, saat 14-dür. İstəmirəm onları oyadım. Yuxudan dursunlar, onu videoya çəkərik. Uşaq özü deyirdi ki, məni Ayla ilə Zəhra vurdu. Qızın biri çox aqressivdir”.
 



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol