Bakıda “Sağlamlıq yürüşü”

Bu gün Beynəlxalq Ürək Günü ilə bağlı Bakıda Səhiyyə Nazirliyi tərəfindən “Sağlamlıq yürüşü” keçirilib.
APA-nın məlumatına görə, yürüş İdman Sarayının yanından Bayraq Meydanına kimi davam edib.
Yürüşdə Səhiyyə Nazirliyinin, Tibb Universitetinin Kardiologiya İnstitutunun əməkdaşları və idmançılar iştirak ediblər.
ANN.Az
























