Bakıda kirayə yaşayan əcnəbinin 15 min manatdan çox pulu oğurlandı

Bakının Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş Ş.Ələkbərova küçəsində kirayədə yaşadığı mənzildən 15.700 manat pulunun oğurlandığını bildirib.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. "İsti izlər"lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini K.Ağayev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 11:38
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib























