• $
  • €
  • ₽
  • ₺
  • £

Masallı icra hakimiyyəti aprel şəhidinin anasını məhkəməyə verir

Masallı icra hakimiyyəti aprel şəhidinin anasını məhkəməyə verir
04.04.2019 20:24
Masallı rayon İcra Hakmiyyəti şəhid anasını məhkəməyə verir.

Unikal.org-a müraciət edən aprel döyüşlərində şəhid olan Nurlan Əsgərlinin anası Ziba Əsgərova bildirir ki, həmin müsahibəsi ölkə mətbuatında yayımlanandan sonra Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova ona zəng edərək, şəhid ailəsini hədələyib:

"Dünən başçının müavini zəng etdi. Qışqıra-qışqıra mənə dedi ki, saytı da sizi də məhkəməyə verəcəyik. Mən də dedim ki,  əlimdə fakt var ki, keçən il oğlumun ildönümündə müğənni Damla Masallı rayonunda ASAN Xidmətin yaxınlığında konsert verdi. Mən özüm də Damlanın sosial şəbəkədəki paylaşımına da yazmışam ki, "bir tərəfdə aprel şəhidinin ildönümüdür, bir tərəfdə də siz konsert verirsiniz, şəhid anasının ahı tutsun sizi”. Bunu Damlanın səhifəsində də görə bilərsiniz.

Həmin zəng olunanda yanımda başqa şəhid anası da var idi. O da Aybəniz Qafarovanın kobud danışığını eşitdi. Qaldırdığımız problemlər qalıb kənarda, məni ittiham edib, hədələyirlər”.

Daha sonra digər aprel şəhidi Rəşid Baxşəliyevin anası Çimnaz Baxşəliyeva da Unikal.org-a sözügedən məsələ ilə bağlı açıqlama verərək Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarovanın Ziba Əsgərovaya zəng edib, təhdid etdiyini təsdiqləyib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Cəmiyyət 13:43
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Cəmiyyət 13:26
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Mətbuat Şurası bəyanat yayıb
Cəmiyyət 13:08
Mətbuat Şurası bəyanat yayıb
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Cəmiyyət 12:52
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Cəmiyyət 12:34
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Axtarışda olan narkokuryer saxlanılıb
Cəmiyyət 12:25
Axtarışda olan narkokuryer saxlanılıb
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Cəmiyyət 12:06
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Cəmiyyət 11:50
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
Cəmiyyət 11:38
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol