• $
  • €
  • ₽
  • ₺
  • £

Problemli kredit sahiblərinə ödənişlər bu qaydada veriləcək

Problemli kredit sahiblərinə ödənişlər bu qaydada veriləcək
29.05.2020 09:47
Bank olmayan kredit təşkilatları və bağlanan bankların problemli kredit sahibləri məbləğı nağd və nağdsız formalarda olmaqla "Azərpoçt” MMC-dən ala biləcəklər.

MMC-dən Anews.az-a verilən məlumata görə, bunun üçün vətəndaşın nə "Azərpoçt"un mərkəzi ofisinə, nə də Çağrı mərkəzinə(169) müraciət etməsinə ehtiyac yoxdur. Prosesə start veriləndə vətəndaşın kredit götürdüyü zaman qeydiyyata aldırdığı nömrəsinə SMS göndəriləcək. SMS-də fiziki şəxsə ödəniləcək məbləğ, ödənilən kreditinin olduğu kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı barədə məlumat (adı, ünvanı, əlaqə vasitələri), fiziki şəxsin yardımın köçürüldüyü ödəniş kartını əldə edə biləcəyi və ya pul köçürməsinin ediləcəyi kredit təşkilatı və ya poçt rabitəsinin milli operatoru barədə məlumat (kredit təşkilatının, onun filialının, poçt rabitəsinin milli operatorunun və onun şöbəsinin adı, ünvanı, əlaqə vasitəsi) pul köçürməsinin ediləcəyi tarix haqda informasiya öz əksini tapacaq.

Hal-hazırda "Azərpoçt” MMC-nin icra edəcəyi əməliyyatın neçə nəfərə şamil olunacağı hələ dəqiqləşdirilməyib.

"Azərpoçt” MMC tərəfindən ödənişlər pul köçürmələri və plastik kartlar vasitəsilə olmaqla 2 formada həyata keçiriləcək. 500 manata qədər məbləğ nağd formada, 500 manatdan yuxarı olduqda isə plastik kartlar vasitəsilə kredit sahibinə təqdim olunacaq.

Problemli kreditlərin ödənilməsi ilə bağlı göstərilən xidmətlər "Azərpoçt” MMC tərəfindən pulsuz həyata keçiriləcək.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol